Rabitabank OJSC
Məhsulların Yaradılması və İnkişafı şöbəsinə Menecer
Son tarix 11 noy 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Yeni Kredit və Qeyri-Kredit məhsulların yaradılması;
- Bankın Kredit və Qeyri-kredit məhsulları üzrə təhlilin aparılması və hesabatın hazırlanması;
- Kredit və Qeyri-kredit məhsullar üzrə tətbiq olunan plan üzrə hesabatların hazırlanması;
- Kredit və Qeyri-kredit məhsulların yenilənməsi və təkmilləşdirilməsi;
- Kredit və Qeyri-kredit məhsullar üzrə sorğuların keçirilməsi;
- Kredit və Qeyri-kredit məhsulların, xidmətlərin ölkədə və ölkə xaricində fəaliyyət göstərən bankların fəaliyyətinin araşdırılması (internet, kütləvi informasiya vasitələri və digər mənbələrdən istifadə edilməsi);
- Satış effektivliyinin artırılması üzrə tədbirlərin görülməsi;
- İşçilərin motivasiyası və bonus hesabatlarının hazırlanması;
- Bank üzrə aparılan layihələrin tənzimlənməsi və gedişatına nəzarət etmək;
- Kredit və Qeyri-kredit məhsulları üzrə yeniliklər və dəyişikliklərlə bağlı MXS-ləri məlumatlandırmaq;
Namizədə olan tələblər:
- Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
- Bank sektorunda Əməliyyat/Kredit bölməsində ən azı 3 il iş təcrübəsi;
- MS Office proqramında peşəkar işləyə bilmək bacarığı;
- Azərbaycan və Rus dilini mükəmməl bilmək;
- Yüksək ünsiyyət qurma bacarığı;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək;
- Menecerlik və təşkilatçılıq qabiliyyəti;
- Kreativ düşünmək qabiliyyəti;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Kollektivdə işləmək qabiliyyəti, gülərüz və yüksək nəzakətlə davranmaq qabiliyyəti;
- Məsuliyyətli, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10.11.2023-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məhsulların Yaradılması və İnkişafı şöbəsinə Menecer” yazmağınız xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Risklərin idarə olunması şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 12 noy 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Mastercard və Visa Beynəlxalq Ödəniş sistemlərinin bülletenlərinə nəzarət və yeniliklərin sistemdə tətbiqinə nəzarət;
- Online risk monitorinq proqramına nəzarət, davamlı monitorinq və risk səviyyəsinə nəzarət;
- Mövcud və ya yeni kart məhsullarına nəzarət, risklərin aradan qaldırılması üzrə müvafiq hesabatlar hazırlamaq və təkliflər vermək;
- Kart əməliyyat riskləri üzrə yaranan maddi itkilər haqqında məlumatları toplamaq;
- Fraud monitorinq və baş verən fraud halın araşdırılması;
Namizədə olan tələblər:
- Ali təhsil;
- Analitik bacarıqlar;
- Plastik kartlar sahəsində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan dili əla səviyyədə, İngilis dili/Rus dili biliklərinin olması arzuolunandır;
- Power BI/Excel biliklərinin olması arzuolunandır;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11.11.2023-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Risklərin idarə olunması şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis” yazmağınız xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33