Rabitabank OJSC
Hesabatlıq və Təhlil şöbəsinə Baş mütəxəssis/ Ekspert
Son tarix 14 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Bankın daxili təhlillərinin hazırlanması (məhsullar, layihələr və s. üzrə);
- Yeni və mövcud məhsulların maliyyə təhlili, bankın gəlirliyini və effektivliyini ölçən gündəlik və həftəlik hesabatların hazırlanması;
- İdarəetmə mühasibatlığının aparılması (ABC costing);
- Maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtib edilməsi;
- Bankın bütün struktur bölmələrindən və filiallardan statistik məlumatların toplanması və təhlili;
Namizədə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Maliyyə, uçot və ya iqtisadiyyat üzrə ali təhsil;
- Hesabatlıq, təhlil sahəsində 2 il iş təcrübəsi;
- Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;
- BI Tools (Micro Strategy, Power BI), SQL bilikləri;
- Mükəmməl MS Excel biliyi;
- Maliyyə sahəsi üzrə analitik bilik və bacarıqlar;
- ACCA, CFA, CİMA sertifikatları üstünlük hesab olunur;
- Dəqiqlik, çeviklik, pozitivlik;
- Komandada işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15.12.2023-cü il tarixinə qədər elektron ünvanına, mövzu hissəsində “Hesabatlıq və təhlil şöbəsinə Baş mütəxəssis/Ekspert” yazaraq göndərə bilərlər
Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33