Rabalon
Korporativ Satış üzrə Ekspert (IT Həllər)
Son tarix 13 apr 2026 - [email protected]
Əmək haqqı: 1500 AZN + Yüksək Bonus (Satışdan %)
Ünvan: Bakı şəhəri
Rabalon MMC olaraq IT və texnoloji həllər sahəsində böyüməyə davam edirik. Komandamıza sadəcə işçi deyil, IT bazarını tanıyan, geniş əlaqələrə malik və ambisiyalı bir "Business Development" tərəfdaşı axtarırıq.
- Networking: IT sahəsindəki mövcud müştəri bazanızdan istifadə edərək şirkətə yeni B2B layihələr qazandırmaq;
- Strateji Satış: Şirkətin İT məhsul və xidmətlərini (SaaS, Hardware, Proqram təminatı və s.) korporativ müştərilərə peşəkar səviyyədə təqdim etmək;
- Müştəri İdarəetməsi: Yeni müştərilər tapmaq (Hunting) və mövcud portfeli genişləndirmək;
- Təkliflərin Hazırlanması: Müştəri ehtiyaclarına uyğun texniki-kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması. Gözləntilərimiz:
- Təcrübə: B2B satış sahəsində minimum 3 il uğurlu təcrübə (IT sahəsində təcrübə və hazır müştəri portfeli mütləqdir);
- Dil Bilikləri: Rus və İngilis dillərində sərbəst ünsiyyət və təqdimat bacarığı;
- Yaradıcılıq: Standart satış metodlarından kənara çıxaraq fərqli həllər təklif etmə bacarığı;
- Texniki Savad: IT trendlərindən xəbərdar olmaq, CRM və MS Office proqramları ilə mükəmməl işləmək.
Biz Nə Təklif Edirik?
- Gəlir İmkanı: 1500 AZN sabit maaş və satış nəticələrinə əsasən bazarın ən cəlbedici bonus sistemi;
- Komfort: Korporativ nömrə, nəqliyyat xərclərinin qarşılanması və şirkət tərəfindən təmin edilən nahar xidməti;
- İnkişaf: Dinamik mühit və peşəkar komanda ilə birgə böyümə şansı.
CV-nizi mövzu hissəsində "IT üzrə Satış Eksperti" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Qeyd: Yalnız müvafiq sahədə (IT/Telekom) satış təcrübəsi və portfeli olan namizədlərə üstünlük veriləcəkdir.












