Quba Palace Hotel
Maliyyə direktoru
Son tarix 23 apr 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə planlarını hazırlamaq, gəlir və xərcləri büdcələmək.
- Büdcə performansını izləmək və analiz etmək, büdcə hədəflərinə uyğunluğunu təmin etmək
- Gəlir, xərclər, mənfəət və zərərlərlə bağlı aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq
- Maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə hesabat vermək.
- Pul axınlarının səmərəli şəkildə idarə olunmasını təmin etmək və likvidlik səviyyəsini saxlamaq.
- Bölmələr üzrə material qalığına nəzarət.
- Mal hərəkətinin uçotu və inventarizasiya nəzarət.
- Əsas vəsaitlər və amartizasiya hesablanmasına nəzarət.
- Şirkətin vergi siyasətini tənzimləmək və vergi öhdəliklərini vaxtında yerinə yetirmək.
- Vergi hesabatlarını hazırlamaq və qanunvericiliyə uyğun təqdim etmək.
- Vergi qanunvericiliyindəki dəyişikliklərdən xəbərdar olmaq və uyğun vergi planlaşdırması aparmaq.
- Vergi optimallaşdırması məqsədilə müvafiq strategiyaların hazırlanması və həyata keçirilməsi.
- Audit zamanı ortaya çıxan problemlərin həll edilməsi üçün müvafiq tədbirlər həyata keçirmək və hesabatlılığı təmin etmək.
- Maliyyə bazarlarını izləmək və iqtisadi şəraitin dəyişikliklərinə uyğun maliyyə strategiyalarını tənzimləmək.
- Yeni maliyyə mənbələrinin cəlb edilməsi və mövcud kapitalın artırılması üçün strategiyalar hazırlamaq.
- Əmək haqqlarının hesablanmsına nəzarət.
- Sosial vergilərin hesablanmasına nəzarət.
- Kassa hesabatlarına nəzarət .
- Satışın planlanması və mayə dəyərinin kalkulyasıyası.
- Büdcələrin tərtib olunması.
Namizədə aid tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisası üzrə);
- Müvafiq vəzifədə 3 il iş təcrübəsi
- Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);
- Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurlarını bilməli;
- Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
- İdarəçilik bacarığı və komanda ilə işləmək;
İş şəraiti:
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.












