ProMedia Group
Satış meneceri
Son tarix 12 fev 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Radio efirində reklam yerləşdirilməsi üzrə müştərilərin cəlb edilməsi və satışı
- Potensial müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması
- Görüş və təqdimatların təşkil olunması.
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işləmilməsi.
- Yeni korporativ müştərilərin aktiv axtarışı
- Reklam paketlərinin və efir planlarının müştərilərə təqdim edilməsi
- Müştərilərlə görüşlərin və danışıqların aparılması
- Satış planlarının yerinə yetirilməsi və aylıq hədəflərə çatmaq
- Satış nəticələri üzrə hesabatların hazırlanması
- Bazarın və rəqiblərin təhlili
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili
- Satış sahəsində 3-5 il iş təcrübəsi (media və ya reklam sahəsi üstünlükdür)
- Korporativ müştərilərlə (B2B) işləmə bacarığı
- Satış planları və KPI-larla işləmə təcrübəsi
- Yüksək məsuliyyət və stressə davamlılıq
- Azərbaycan dili – səlis, rus və ingilis dilləri üstünlük hesab olunur
İş haqqında məlumat:
- Həftə içi saat 09:00-18:00- dək iş rejimi/ İstirahət günləri – şənbə və bazar
- Korporativ nömrə ilə təmin olunma
- Əmək haqqqı – 1500 azn + bonus
- Ünvan – Azərbaycan pr.
Uyğun namizədlər CV və portfoliolarını Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.










