Professional Real Estate Services
Maliyyə üzrə aparıcı mütəxəssis
Son tarix 21 iyl 2025 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Törəmə müəssisələrin ERP proqramlarında əməliyyatların yoxlanılması;
- Əməliyyatlarda olan kənarlaşmaları aşkarlayıb düzəlişlər edilməsi üçün təqdim edilməsi;
- Maliyyə və İdarəetmə hesabatlarının hazırlanması;
- İdarəetmə hesabatının tələblərinə əsasən əlavə hesabatların hazırlanması;
- Görüşlər üçün təqdimatların hazırlanması.
- Müəyyən olunmuş qaydalara müvafiq olaraq müəssisənin maliyyə fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını;
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının uçotda düzgün əks etdirilməsi, maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi;
- Gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Maliyyə əməliyyatlarının və hesabatların düzgünlüyünü təmin etmək,
- Xərclərin təyinata uyğunluğunu izləmək;
- Mənfəət və zərər hesabatının yığılması və təqdim edilməsi;
- Gəlir və xərclərin (P&L) təhlil edilməsi, izlənməsi;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təqdim edilməsi;
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi və görülən işlərdə Məxfiliyin qorunması prinsipinə riayət edilməsi;
Namizədə tələblər:
- Maliyyə, mühasibatlıq və əlaqəli sahələr üzrə bakalavr və ya magistr təhsili.
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi.
- 1C proqramı ilə işləmə bacarığı
- MS Office proqramlarında işləmə bacarığı
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə
- ACCA F3, Sertifikari F7 və ya digər beynəlxalq seertifikatların olması üstünlükdür.
- Komanda ilə işləyə bilmə bacarığı
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı: 1300-1500 AZN
Maraqlananlar öz CV formalarını Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Maliyyə üzrə aparıcı mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).