PRO CON izo MMC
Layihələrə nəzarət üzrə mütəxəssis
Son tarix 02 sen 2024 - [email protected]
İş barədə məlumat:
- Layihələrin həyata keçirildiyi ərazilərə mütəmadi baxış keçirilməsi, işlərin gedişinin və işçilərin işə davamiyyətinin monitorinqi, keyfiyyət və əməyin mühafizəsi tələblərinin ciddi şəkildə yoxlanılması və saxlanılmasının təmin edilməsi;
 - Layihələrin planlanmış zaman ardıcıllığında həyata keçirilməsinə nəzarət;
 - Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
 - Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı təmin etmək;
 - İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq;
 - İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı birbaşa rəhbərliyə səmərəli təkliflərlə çıxış etmək;
 - Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
 - Layihə bitdikdən sonra material və audit hesabatının rəhbərliyə təqdim edilməsi;
 
Namizədə tələblər:
- Yüksək hesabatlılıq və təqdimat qabiliyyəti;
 - Məsuliyyətli, dəqiq və peşakar
 - Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
 - Təhsil: Ali
 - Yaş: 25 – 45 yaş
 
İş barədə məlumat:
- İş qrafiki: 6 gün;
 - Nahar vaxtı: 13:00-14:00;
 - İstirahət günləri: Bazar;
 - Əmək haqqı: 800-1000 AZN
 
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində "Layihələrə nəzarət üzrə mütəxəssis" qeyd etməklə göndərə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







