Prior Leasing
Korporativ məhsulların təhlili üzrə mütəxəssis
Son tarix 21 mar 2024 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: Korporativ məhsulların satışı/ təhlili sahəsində və ya oxşar sahədə 1-3 il;
- Kredit sahəsində biliklərə və təcrübəyə sahib olmaq;
- İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqlarına malik olmaq;
- Microsoft Office Excel/Word proqramları üzrə orta səviyyədə biliklər;
- Analitik düşüncə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Korporativ məhsullar üzrə müraciət edən müştərilərin təhlilini həyata keçirilməsi, ehtiyac olduqda yerində baxış keçirilməsi və onlar barədə rəy verilməsi;
- Tələb olunduğu halda şöbənin fəaliyyətinə uyğun hesabatların hazırlanması;
- Risklərin düzgün qiymətləndirilməsi, təminatın kifayət olub-olmamasının yoxlanılması;
- Müştəri bazası ilə iş üçün zəruri olan məlumatın toplanması və emalında iştirak edilməsi;
- Müştərilərlə əlaqələrin idarə olunması.
İş şərtlərimiz:
- Əmək haqqı: 970 - 1108 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ məhsulların təhlili üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.