Prior Leasing
Aparıcı mühasib
Son tarix 01 yan 2024 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali (Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);
- Aidiyyəti sahə üzrə minimum 3 illik iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft Office proqramlarını bilmək (xüsusilə Excel);
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
- 1C proqramında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Bank ödənişlərinin həyata keçirilməsinə nəzarət;
- Xərclərin tanınması proseslərini idarə etmək;
- Təhtəl hesab şəxslərlə iş;
- Əmək haqqının hesablanması proseslərinə nəzarət;
- Debitor və kreditor şəxslərlə iş;
- Xarici vendorlar üzrə ödənişlərin həyata keçirilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 1949 - 2133 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.