Prior Leasing
Baş Lizinq Mütəxəssisi
Son tarix 26 iyn 2025 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Lizinq sektorunda 2 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- İşdə düzgünlük, operativlik, komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və diqqətçillik;
- Şəffaflıq və davranış qaydaları tələblərinə malik olmaq.
Vəzifə öhdəlikləri:
- Daxil olmuş sifarişlər üzrə təqdim olunmuş sənədlərin tamlığını, uyğunluğunun yoxlanılması və eyniləşdirilməsini aparmaq;
- Aqrolizinq və azərbaycan kredit bürosu borcunun sorğulanmasını təmin etmək;
- Təhlili kənardan aparmaq mümkün olmadıqda, mövcud biznesin maliyyə təhlilini aparmaq məqsədi ilə vizit təşkil etmək;
- Мemorandumları tərtib edərək kredit komitəsinə təqdim etmək;
- Kredit komitəsində təsdiq olunan memorandumu rəsmiləşdirmək və kreditin verilməsi prosesini sonuna kimi müşahidə etmək;
- İş prosesində yaranan problemlərin həlli ilə əlaqədar digər şöbələr ilə əməkdaşlıq etmək;
- Təhkim olunmuş lizinqlərin ödənişlərinə nəzarət etmək və gecikdirən müştərilərə dair işi daxili qaydalara uyğun aparmaq;
- Daxili qaydalara müvafiq olaraq müştərilərin planlı və ya qəfil monitorinqini aparmaq;
- Struktur rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;
- Rəhbərliyə müvafiq hesabatları vaxtlı-vaxtında təqdim etməkı;
- Yeni təchizatçı və yeni müştərilərin təşkilata cəlb olunmasını həyata keçirmək.
İş şərtlərimiz:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Əmək haqqı: 1200 Azn;
- İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş lizinq mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.