Premium Bank
Xəzinədar
Son tarix 19 avq 2025 - [email protected]
İşin təsviri:
- Müştərilərlə nağd hesablaşma ilə mədaxil-məxaric üzrə müxabirləşmələrin təsdiq edilməsi;
- Bankın təyin etdiyi məzənnə əsasında müştərilərin valyuta-mübadilə əməliyyatlarının aparılması;
- Çap olunmuş plastik kartların və PİN zərflərin müştərilərə verilməsi;
- Çek kitabçalarının balansdan kənar müxabirləşməsinin aparılması;
- Xəzinədə olan nağd pul və digər qiymətlilərlə əməliyyatların uçotunun aparılması;
- Kassa sənədlərinin bankdaxili qaydalara uyğun formalaşdırılması, saxlanılması, arxivə təhvili;
- Filial müdirinin verdiyi tapşırıqların, bu vəzifə təlimatından irəli gələn digər öhdəliklərin həyata keçirilməsi;
Namizədə dair tələblər:
- Ali təhsil;
- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Təzyiqə davamlılıq və komanda tərkibində işləmə bacarığı;
- Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə bilikli olmaq;
- Əla səviyyədə Azərbaycan və Rus dili, yaxşı səviyyədə İngilis dili biliyi;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı.
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək;
- İstirahət günləri: şənbə və bazar günləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Xəzinədar” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan e-poçt ünvanına göndərə bilərlər.
Komplayens departamentinin Komplayens Monitorinq şöbəsində Aparıcı / Baş mütəxəssis/şöbə rəisi
Son tarix 19 avq 2025 - [email protected]
İşin təsviri:
- Bank sahəsində normativ aktlar və qanunvericilik tələblərinin bank proseslərində tətbiqinə nəzarət etmək;
- Aparılan əməliyyatların və mövcud proseslərin bu sahədə mövcud olan qanunvericilik aktlarına uyğunluğunu monitorinq etmək
- Maliyyə sahəsində bankın gündəlik komissiya gəlirləri və xərclərinə nəzarət, hesabatların yoxlanılması;
- Müxtəlif kanallardan daxil olmuş müştəri müraciətlərinin vaxtında və düzgün cavablandırılmasına nəzarət;
- Bankdaxili proses və əməliyyatların monitorinqlərinin aparılması və monitorinq planlarının hazırlanması ;
- Aşkar edilmiş proses boşluqları ilə bağlı TP hazırlanması və nöqsanların aradan qaldırılmasına nəzarət.
- Komplayens risklərinin monitorinqini aparmaq, aşkar edilmiş risklər üzrə tədbirlər planın icrasına nəzarət etmək və icrasını təmin etmək,
- Maraqlar toqquşmalarına qarşı mübarizə siyasətinin icrasına nəzarət;
- Korrupsiyaya qarşı mübarizə siyasətinin icrasına nəzrəti təmin etmək.
- KİES uyğunluğun təmin edilməsinə nəzarət
- ESG tələblərinin təmin edilməsinə nəzarət
- Nüfuz riskinin idarə edilməsi ilə bağlı tədbirlərib icrasının təmin edilməsi
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank proqramından (Progress) istififadə bacarığı arzuolunandır;
- Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə bilikli olmaq
- Sahə (nəzarət, risk, audit) üzrə ən azı 2 illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri. Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
- Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək;
- İstirahət günləri: şənbə və bazar günləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Komplayens departamentinin Komplayens Monitorinq şöbəsinin Aparıcı / Baş mütəxəssisi/Şöbə rəisi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan e-poçt ünvanına göndərə bilərlər.