PJA MMC
KNM Meneceri (Keyfiyyət-Nəzarət və Məhsul İstehsalına Nəzarət Meneceri)
Son tarix 04 sen 2025 - [email protected]
İş şəraiti
- İş yeri: “PJA” MMC – Hökməli qəsəbəsi
- Əmək haqqı: 1200-1500 Azn
Əsas vəzifə öhdəlikləri:
- Ət məhsullarının doğranması, marinadlanması və yarımfabrikat məhsul kimi hazırlanma prosesinə nəzarət
- İstehsalat prosesinin texnoloji normalara və sanitar qaydalara uyğun təşkil edilməsi
- Dondurulmuş məhsulların düzgün qablaşdırılması, saxlanması və qeydiyyatının aparılması
- İstehsal sahəsində avadanlıqların saz vəziyyətdə saxlanması və qrafik üzrə təmirinə nəzarət
- Xammalın (hazır kəsilmiş ətin) keyfiyyətinə və istifadəsinə nəzarət
- Məhsulun buraxılışı və keyfiyyət göstəriciləri üzrə mütəmadi hesabatların hazırlanması
- Dezinfeksiya və gigiyenik tədbirlərin təşkili və gündəlik monitorinqi
- Donduruculu yük maşınlarının texniki vəziyyətinə, sığortasına və soyuqluq rejiminə nəzarət
- Sənədləşmə və aidiyyəti dövlət qurumları ilə koordinasiyanın təmin olunması
Namizəddən gözləntilər:
- Ət məhsullarının istehsalı və konservasiyası sahəsində bilik və təcrübə
- Sanitar-gigiyena, texniki təhlükəsizlik və ərzaq təhlükəsizliyi normalarını dərindən bilmə
- Minimum 3 il ərzaq istehsalı və ya ət emalı sahəsində rəhbər vəzifədə iş təcrübəsi
- Komandada işləmək və işçi heyətini idarəetmə bacarığı
- Dəqiqlik, məsuliyyət və operativ qərarvermə qabiliyyəti
- Ali və ya texniki təhsil (ərzaq mühəndisliyi və ya qida texnologiyası ixtisası üstünlükdür)
Müraciət qaydası:
Zəhmət olmasa CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "KNM Meneceri" başlığı ilə göndərin.