PIM Group
Satış Meneceri
Son tarix 27 apr 2026 - [email protected]
Metal məhsulları və digər tikinti məhsullarının satışı ilə məşğul olan şirkətimiz komandaya qoşulmaq üçün Satış Meneceri axtarır.
Müştərilər əsasən saytımız və reklam kanalları vasitəsilə bizimlə əlaqə saxlayırlar. Satış menecerinin əsas vəzifəsi daxil olan zəngləri və müraciətləri düzgün idarə etmək, müştərilərə məhsullar haqqında məlumat vermək və müraciətləri uğurlu satışa çevirməkdir.
Bəzi hallarda satış imkanlarını artırmaq məqsədilə mövcud müştəri bazası üzrə zənglərin edilməsi də tələb oluna bilər.
Vəzifə Öhdəlikləri
- Daxil olan zəng və müraciətləri operativ idarə etmək
- Müştərinin ehtiyacını düzgün analiz edib uyğun təklif təqdim etmək
- Müraciətləri satışa çevirmək və sifarişləri bağlamaq
- CRM sistemində bütün məlumatları qeyd etmək və satış prosesini izləmək
- Qiymət təklifi alan müştərilərlə yenidən əlaqə saxlayaraq satışı bağlamaq (follow-up)
- Lazım olduqda mövcud müştəri bazası ilə satış məqsədilə işləmək
Tələblər
- Güclü ünsiyyət və satış bacarığı
- Telefon vasitəsilə satış aparmaq bacarığı
- Nəticə yönümlü və məsuliyyətli olmaq
- Satış sahəsində təcrübə üstünlükdür
- CRM sistemləri ilə işləmə bacarığı üstünlükdür
İş Şərtləri
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Şənbə: 10:00 – 15:00
- İş yeri: N.Nərimanov (Bakı şəhəri)
Maaş
- Sabit maaş: 500-800 AZN
- Komissiya: hər uğurlu satışdan əlavə qazanc
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.












