Pilgrim Education
Direktor
Son tarix 15 dek 2025 - [email protected]
Pilgrim Education — xaricdə təhsil sahəsində fəaliyyət göstərən, dinamik inkişaf edən şirkət — idarəetmə, strateji planlaşdırma və komanda liderliyində güclü təcrübəyə sahib Direktor axtarır.
Direktor şirkətin bütün əməliyyat proseslərinə nəzarət edir, şöbələrarası koordinasiyanı təmin edir, strateji qərarlar qəbul edir və Pilgrim Education-ın uzunmüddətli inkişafına rəhbərlik edir.
Əsas vəzifələr:
Strateji rəhbərlik
- Şirkətin inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi.
- Bazarın təhlili, rəqabət mühitinin monitorinqi və yeni imkanların müəyyən edilməsi.
- Xarici təhsil trendlərinin izlənməsi və şirkətin xidmətlərinin inkişafına tətbiqi.
Əməliyyatların idarə edilməsi
- Bütün departamentlərin (Application, SMM, Marketing, Sales, Academic və s.) koordinasiyası və fəaliyyətinə nəzarət.
- İş proseslərinin optimallaşdırılması, məhsuldarlığın və effektivliyin artırılması.
- KPI-ların formalaşdırılması, aylıq və illik hesabatların təhlili.
Komanda idarəçiliyi
- Şöbə rəhbərlərinin fəaliyyətinə nəzarət və onların inkişafının təşviqi.
- Komandada yüksək iş mədəniyyəti, motivasiya və əməkdaşlıq mühitinin yaradılması.
- Əməkdaşların iş yükünün, performansının və resurs paylaşımının idarə olunması.
Müştəri və tərəfdaş münasibətləri
- Beynəlxalq universitetlər, təhsil mərkəzləri və tərəfdaşlarla professional iletişimin qurulması.
- Şirkətin nüfuzunun qorunması və gücləndirilməsi.
- Strateji əməkdaşlıqların təşviqi və yeni partnyorluqların yaradılması.
Maliyyə və büdcə nəzarəti
- Şirkət büdcəsinin planlaşdırılması və xərclərə nəzarət.
- Maliyyə göstəricilərinin təhlili və optimallaşdırma üzrə qərarların qəbulu.
- Rentabellik və gəlirliliyin artırılması üçün tədbirlərin görülməsi.
Tələblər:
- Ali təhsil (biznes, menecment, təhsil idarəçiliyi və ya əlaqədar sahə).
- Minimum 3 il idarəetmə təcrübəsi, üstünlük: təhsil, xidmət və ya konsaltinq sektorunda rəhbərlik.
- Komanda idarəçiliyi üzrə güclü liderlik bacarıqları.
- Strateji düşüncə, analitik təhlil qabiliyyəti və problemlərin həlli üzrə güclü bacarıqlar.
- Yüksək səviyyədə Azərbaycan dili biliyi; İngilis dili mütləqdir; Rus dili üstünlükdür.
- Mükəmməl prezentasiya, danışıqlar və kommunikasiya bacarıqları.
- Stresi idarə etmək və yüksək məsuliyyət tələb edən situasiyalarda qərarlar qəbul etmək bacarığı.
- Microsoft Office, Google Workspace və idarəetmə alətləri ilə sərbəst işləmək.
Direktordan gözləntilər:
- Şirkətin qısa və uzunmüddətli inkişaf xəttinin formalaşdırılması və tətbiqi.
- Komandanı ortaq məqsədlərə yönəltmək və motivasiya etmək.
- Şirkətin xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin yüksəldilməsi.
- Pilgrim Education-ın brend dəyərini gücləndirmək və bazarda rəhbər mövqeyi qorumaq.
- Peşəkar etika, şəffaflıq və nümunəvi lider davranışı göstərmək.
- Böyümə, inkişaf və şirkətin genişlənməsi üçün yeni layihələrin təşəbbüsü və rəhbərliyi.
Əgər siz yüksək idarəetmə bacarıqlarına malik, strateji düşünən və təhsil sektorunda fərq yaratmaq istəyən bir liderseniz, Pilgrim Education sizi komandamıza dəvət edir.
Xahiş olunur CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. Mövzu hissəsində qeyd edin:"Direktor"













