PDL World
SƏTƏM üzrə Nümayəndə
Son tarix 13 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsinə nəzarətin edilməsi;
- İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və qanunun tələblərinə uyğunluğunun təmin edilməsi;
- Təhlükələrin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi üçün SƏTƏM auditlərinə, risk qiymətləndirmələrinə və insident araşdırmalarında iştirak edilməsi;
- İstehsalat zədələri və peşə xəstəliklərinin səbəblərinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onların təftiş və təhlil edilməsi;
- Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər və ya materiallar üzrə işçilərin sağlamlığının mühafizəsinə yönəldilmiş tədbirlərin tövsiyə edilməsi;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarətin edilməsi;
- SƏTƏM üzrə siyasət və prosedurların hazırlanmasında, həyata keçirilməsində və qorunmaslnda iştirak etmək:
- Görülən işlərə dair qeydiyyatların aparılması, ətraflı hesabatlarən hazırlanması və yüksək rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
- Minimum 2 il sahə təcrübəsi;
- Ali təhsil, (Mühəndislik ixtisaslarına üstünlük verilir);
- NEBOSH və ya IOSH sertifikatı
- İş yerlərində əməyin mühafizəsi, sanitar-texniki qaydaların tətbiqi və təhlükəsizlik texnikası üzrə nəzəri və praktiki biliklər;
- Risklərin qiymətləndirilməsi sahəsində təcrübə;
- Təhlükəsizlik prosedurlarının effektiv şəkildə icra olunmasına nəzarət etmək bacarığı;
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri
- Detallara yüksək diqqət və təşkilatçılıq bacarığı.
- Əmək haqqı: 1000-1200 AZN
CV-lərinizi elektron poçt ünvanına "SƏTƏM üzrə nümayəndə " başlığı ilə göndərməyiniz xahiş olunur.