PAY Group
Mühəndis layihəçi (inşaat)
Son tarix 07 apr 2024 - [email protected]
Vəzifə barədə məlumat:
- Layihələr sifarişçinin istəyinə əsasən müxtəlif obyektlərdə, müxtəlif kateqoriyalı otaq və giriş qapıları, qapı dəstəklərinin quraşdırılmasından ibarət olacaq;
- Qapı quraşdırılması üzrə hazırlanmış layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək;
- Hazır layihələr əsasında qapı yerləri, qapı sayı və onların ölçüləri haqqında excel cədvəl tərtib etmək;
- AutoCad proqramında çertyojlar üzərində iş aparmaq, detallarda dəyişiklik və ya əlavələr etmək;
- Layihələrdə təqdim edilən qapı növlərini müəyyən edib onların say və ölçülərini fabrikə sifariş vermək;
- Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək;
- Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək;
- Layihələrlə bağlı işlərin gedişini izləmək və vəzifə öhdəlikləri daxilində layihənin gedişi ilə bağlı müştəri və ya maraqlı tərəfə bərabər səviyyədə məlumat vermək;
- İnformasiya texnologiyalarına əsaslanan sənədləşmə, simulyasiya, məlumat bazası və s. aid qaydalara əməl etmək;
- Layihə ilə bağlı gündəlik hesabatları rəhbərliyə təqdim etmək;
- Bir-birinə bağlı olan layihələr arasında fəaliyyətin optimallaşdırılması, risklərin və məsələlərin müəyyənləşdirilməsi, təsirlərin azaldılması üçün həllər hazırlamaq;
- Layihələrin gedişatı və inkişaf prosesinin daimi izlənilməsi və tamamlanmasını təmin etmək üçün işçi qrupları ilə yaxından əməkdaşlıq göstərilmək;
- Layihə prosesləri zamanı yaranmış problemlərin və risklərin müəyyənləşdirilməsi və həllinə yönəlik planlarının hazırlanması;
- Layihə büdcələrinin tərtib edilməsi və aylıq fərq hesabatlarının hazırlanması;
- Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək;
Vəzifə üzrə tələblər:
- Ali təhsil (Memarlıq və İnşaat sahəsində üstünlükdür)
- İstiqamət üzrə 2 ildən yuxarı iş təcrübəsi (Memarlıq, mühəndislik sahəsində iş təcrübəsi üstünlükdür);
- Çertyojları oxumaq və başa düşmək bacarığı
- Yüksək səviyyədə Azərbaycan və və rus dili biliyi, ingilis dili üstünlükdür;
- Auto Cad, Excel və Word proqramlarında sərbəst işləmək bacarığı;
- Effektiv şifahi və yazılı kommunikasiya bacarığı;
- Qapı növləri, materialları və quraşdırılması sahəsində təcrübə üstünlükdür.
- İşin xarakteristikasına uyğun olaraq, xanım namizədlərə üstünlük veriləcək.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək.
- Şənbə və bazar qeyri iş günləridir.
- Nahar şirkət tərəfindən təmin olunur.
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığa uyğun olaraq razılaşdırılacaq.
- İşin xarakterinə əsasən xanım namizədlərə üstünlük veriləcək.
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi mail ünvanına göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.