PAY Group
Loqistika üzrə mütəxəssis
Son tarix 30 noy 2023 [email protected]
Vəzifə üzrə əsas öhdəliklər:
- Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
- Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
- Daşınmanın optimal marşrutunun muəyyənləşdirilməsi
- Nəqliyyat vasitəsinin növunun seçilməsi və sifarişi
- İdxal əməliyyatlarına və məhsulun paylanmasına nəzarət
- Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
- Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
- İdxal əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
- Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
- Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
- Təchizat, nəqliyyat, anbar və maliyyə sənədlərinin qeydiyyatı
- Bazar qiymətlərinin monitorinqi, güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi.
- Rəhbərliyin tələbinə əsasən illik, rüblük və aylıq hesabatların hazırlanması və təqdim edilməsi.
Vəzifə üzrə əsas tələblər:
- Ali təhsil;
- MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);
- Logistika istiqaməti üzrə ən azı 3 illik təcrübə;
- Azərbaycan, Rus və dillərini əla səviyyədə bilmək, İngilis dili sərbəst yazı və danışıq;
- Xanım namizədlərə üstünlük verilir.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək.
- İstirahət günü: Şənbə,Bazar.
- Nahar şirkət tərəfindən təmin olunur.
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Əmək haqqı namizədin bilik və bacarıqlarına, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsinə əsasən müəyyən ediləcək.
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi e-mail ünvanına göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.