PASHA Holding
Data engineer
Son tarix 23 dek 2023 - [email protected]
We are looking for an experienced Data Engineer whose primary responsibility will be to design, build, and maintain data pipelines that will be leveraged by multiple teams including the analytics and data science teams in a group of companies to enable efficient and scalable analytics, reporting, and modeling. Someone who will work with key members of technical and non-technical staff to get a deep understanding of what questions the teams are trying to answer and what is the best way for them to get to a solution that satisfies their needs. Analyze new data sources and work with strategic assets to onboard their data on our Data Sharing Platform and integrate it into existing data pipelines and models. Ensure data quality and governance and cataloging data for easy access to data while maintaining strict quality controls to support data office responsibilities. Help evangelize the Data Sharing Platform within the whole holding and third parties.
Job description:
- Designs and implements the data pipelines and transformations necessary for our Data Sharing Platform
- Ensures quality and accuracy of data used by performing data quality measurement and analysis
- Works closely with Data Scientists, architects, and engineers to ensure that we produce high-quality data solutions
- Maintains high quality of our data pipelines in production, ensuring data quality and performance
- Suggest improvements, new tools, approaches to enhance and expand data platform’s capabilities and performance
- Implement strategies, standards, and best practices for data ingestion and integration
- Analyze new sources of data to quantify quality, uniqueness, value, and overlap with existing data sources
- Participate in the platform governance process improvement
- Stays current with rapidly developing data technologies and tools. Shares knowledge with others
Experience, Competencies and Skills Required:
- Bachelor’s degree in Computer science, Engineering, Data analysis
- Minimum 3 years of experience in operations;
- Experience with data integration (ETL/ELT) concepts, demonstratable skills of implementing data pipelines
- Experience with orchestration tools (Airflow, Dagster, etc.)
- Experience with SQL and at least one programming language (Python);
- Knowledge of good engineering practices around data modelling (Star, Snowflake, Data Vault, etc), data access and code writing
- Good knowledge of DataBase administration;
- Understanding of containers and Kubernetes
- Good grasp of data pipelines monitoring
- Ability to write, debug, unit test, and performance test data integration processes
- Ablility to clearly define data quality issues
- Strong problem solving/critical thinking skills
- At least Intermediate English is a must, spoken Russian is a plus.
- Desire to work with DataOps practices and methodologies in a highly collaborative environment
How to apply:
Interested candidates are requested to submit:
- CV to e-mail;
- Put “Data engineer” in the subject line;
- CVs should be sent by December 22, 2023.
Attention: The candidates will go through initial CV screening review. Those candidates ONLY who succeeds based on CV screening will be contacted via email and/or phone and will be invited to interview.
Biz səmərəli və genişləndirilə bilən analitika, hesabat, və modelləşdirməyə imkan yaratmaq üçün PAŞA şirkətlər qrupunda analitika və data mütəxəssisi heyətləri də daxil olmaqla, çoxsaylı komandaların istifadə edəcəyi data konveyerlərinin (data işləmə və ötürmə prosesləri) layihələndirilməsi, qurulması və saxlanmasına birbaşa cavabdeh olacaq təcrübəli Data Mühəndisi axtarırıq. Bu vəzifəni tutacaq şəxs heyətlərin hansı suallara cavab tapmağa çalışdığını və onların ehtiyaclarını qarşılayacaq bir həll yolunu necə ən yaxşı şəkildə tapa biləcəklərini dərindən başa düşmək üçün texniki və qeyri-texniki heyət üzvləri ilə işləyəcək. O, yeni data mənbələrini təhlil edəcək və strateji aktivlərlə işləyərək onların məlumatlarını bizim Data Mübadiləsi Platformasına yükləyəcək və mövcud data konveyerlərinə və modellərinə inteqrasiya edəcək. O, data ofisinin cavabdehliklərinə dəstək vermək üçün məlumatların keyfiyyətini və idarə olunmasını təmin edəcək, habelə məlumatlara rahat giriş məqsədilə (eyni zamanda ciddi keyfiyyətə nəzarət tədbirlərinə riayət etməklə) datanın kataloqlaşdırılmasını təmin edəcək. Bütün holdinq daxilində və üçüncü tərəflər arasında Data Mübadiləsi Platformasının təbliğinə yardım edəcək.
İşin təsviri:
- Data Mübadiləsi Platforması üçün lazım olan data konveyerlərin və transformasiyaların layihələndirilməsi və tətbiq edilməsi;
- Data keyfiyyətinin ölçülməsi və təhlilini aparmaqla istifadə edilmiş datanın keyfiyyətinin və dəqiqliyinin təmin edilməsi;
- Data mütəxəssisləri, arxitektorlar və mühəndislər ilə sıx işləyərək yüksək keyfiyyətli data həlləri hazırlanmasının təmin edilməsi;
- Data keyfiyyətini və performansını təmin etməklə hazırlanan data konveyerlərin yüksək keyfiyyətinin qorunub saxlanması;
- Datanın qəbulu və inteqrasiyası üçün strategiyalar, standartlar və qabaqcıl təcrübələrin tətbiq edilməsi;
- Kəmiyyəti, unikallığı, dəyəri və mövcud data mənbələri ilə üst-üstə düşmə potensialını ölçmək üçün yeni data mənbələrinin təhlil edilməsi;
- Platformada idarəetmə prosesinin təkmilləşdirilməsində iştirak edilməsi;
- Sürətlə inkişaf edən data texnologiyaları və alətləri barədə ən son yeniliklərdən xəbərdar olması, biliklərinin digərləri ilə bölüşülməsi;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Kompüter elmləri, mühəndislik, data analitikası üzrə bakalavr dərəcəsi;
- Əməliyyatlarda minimum 3 il təcrüə;
- Data inteqrasiyası (ETL/ELT) konsepsiyaları ilə işləmə təcrübəsi, data konveyerlərinin tətbiqi üzrə nümayiş edilə bilən bacarıqlar
- Orkestrləşdirmə alətləri ilə təcrübə (Airflow, Dagster və s.)
- SQL və ən azı bir proqramlaşdırma dili (Python) ilə iş təcrübəsi;
- Məlumatların modelləşdirilməsi (Star, Snowflake, Data Vault və s.), dataya giriş və kod yazılması üzrə qabaqcıl mühəndislik təcrübələri haqqında biliklər
- DataBase idarə edilməsi barədə yaxşı biliklər;
- Konteynerlər və Kubernetes haqqında anlayış
- Data konveyerlərinin monitorinqini yaxşı başa düşmək
- Datanın inteqrasiyası prosesləri üzrə yazmaq, xətaları aradan qaldırmaq (debug), vahid testi və funksional test aparmaq bacarıqları
- Datanın keyfiyyəti məsələlərini aydın şəkildə müəyyən etmək bacarığı
- Güclü problem həll etmə/tənqidi düşünmə bacarığı
- Ən azı orta səviyyədə ingilis dili bilmək mütləqdir, rus dilində danışıq bacarığı üstünlükdür.
- Yüksək əməkdaşlıq mühitində DataOps təcrübələri və metodologiyaları ilə işləmək həvəsi
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- CV e-mail ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Data mühəndisi” qeyd olunmalıdır;
- CV-lər 22 dekabr 2023-cü il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Data operations engineer
Son tarix 23 dek 2023 [email protected]
We are looking for a Data Operations Engineer to join our team at PASHA Holding. The main responsibility of this role will be to support users of our Data Sharing platform. This person will work closely with data scientists and data engineers from the Holding and our Strategic Assets, and will help them to build and manage their data pipelines, and resolve issues.
Job description:
- Monitor the existing analytics projects and identify issues with data pipelines;
- Analyze data pipeline issues, resolve them or escalate to platform data engineers;
- Support users of the Data Sharing platform by troubleshooting issues and providing technical assistance;
- Support the platform users in creating new datasets;
- Participate in implementation of improvements to existing data pipelines and platform capabilities;
Experience, Competencies and Skills Required:
- Bachelor’s degree in Computer science, Engineering, Data analysis
- Experience with data integration (ETL/ELT) concepts, demonstratable skills of implementing and managing data pipelines
- Experience with SQL and at least one programming language (Python);
- Knowledge of good engineering practices around data modelling, data access and code writing
- Understanding of DataBase administration;
- Strong problem solving/critical thinking skills
- Good communication skills
- At least Intermediate English is a must, spoken Russian is a plus.
- Desire to work with DataOps practices and methodologies in a highly collaborative environment
How to apply:
Interested candidates are requested to submit:
- CV to e-mail;
- Put “Data Operations Engineer” in the subject line;
- CVs should be sent by December 22, 2023.
Attention: The candidates will go through initial CV screening review. Those candidates ONLY who succeeds based on CV screening will be contacted via email and/or phone and will be invited to interview.
PAŞA Holdingdə komandamıza qoşulmaq üçün Data Əməliyyatları üzrə Mühəndis axtarırıq. Bu rolun əsas məsuliyyəti Data Mübadiləsi platformamızın istifadəçilərinə dəstək göstərməkdən ibarətdir. Bu şəxs Holdinq və Strateji Aktivlərimizdən olan data alimləri və data mühəndisləri ilə sıx əməkdaşlıq edəcək və onlara data axınlarını qurmaqda və idarə etməkdə, həmçinin problemləri həll etməkdə dəstək göstərəcək.
İşin təsviri:
- Mövcud analitik layihələrə nəzarət edilməsi və data axınları ilə bağlı problemlərin müəyyənləşdirilməsi;
- Data axını məsələlərinin təhlil edilməsi, onların həlli və ya platforma üzrə data mühəndislərinə bildirilməsi;
- Yaranmış nasazlıqların aradan qaldırması və texniki xidmət göstərməklə Data Mübadiləsi platformasının istifadəçilərinə dəstəyin göstərilməsi;
- Yeni verilənlər dəstlərinin yaradılmasında platforma istifadəçilərinə dəstək göstərilməsi;
- Mövcud data axınları və platforma imkanlarının təkmilləşdirilməsinin həyata keçirilməsi;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Kompüter elmləri, mühəndislik, məlumatların təhlili üzrə bakalavr dərəcəsi;
- Məlumatların inteqrasiyası (ETL/ELT) konsepsiyaları ilə bağlı təcrübə, data axınının tətbiqi və idarə edilməsi üzrə nümayiş etdirilə bilən bacarıqlar;
- SQL və ən azı bir proqramlaşdırma dili (Python) ilə iş təcrübəsi;
- Məlumatların modelləşdirilməsi, verilənlərə giriş və kod yazılması ilə bağlı yaxşı mühəndislik təcrübələri haqqında biliklər;
- Verilənlər Bazasının idarə edilməsi haqqında anlayış;
- Güclü problem həll etmə/tənqidi düşünmə bacarığı;
- Yaxşı ünsiyyət bacarıqları;
- Ən azı orta səviyyədə ingilis dili biliyi mütləqdir, rus dilini bilmək üstünlükdür;
- Yüksək əməkdaşlıq mühitində DataOps təcrübələri və metodologiyaları ilə işləmək arzusu;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- CV e-mail ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Data Əməliyyatları üzrə Mühəndis” qeyd olunmalıdır;
- CV-lər 22 dekabr 2023-cü il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Head of Data and Analytics
Son tarix 23 dek 2023 [email protected]
PASHA Holding invites candidates to fill the Head of Data and Analytics position within Data office. As the Head of Data and Analytics at Bravo, this position is crucial for driving retail-focused data strategies that enhance customer experiences, optimize supply chain efficiency, and boost sales performance. Key objectives include developing insights for targeted marketing, improving product assortment and inventory management, and analyzing customer behavior to tailor shopping experiences. The role is instrumental in ensuring that data analytics directly contributes to increased profitability and market competitiveness.
Job description:
- Develop and execute a comprehensive data and analytics strategy aligned with Bravo's business goals.
- Champion the use of data analytics to drive business decisions, ensuring the organization leverages data as a strategic asset.
- Provide visionary leadership in the deployment of advanced analytics, AI, and big data technologies to enhance retail operations.
- Drive the analysis of complex data sets to identify trends, insights, and opportunities in areas like customer behavior, sales performance, and supply chain optimization.
- Monitor and analyze market trends to inform product development and positioning strategies.
- Oversee the management of data resources, ensuring data quality, accessibility, and compliance with relevant regulations.
- Implement robust data governance practices, including data quality.
- Lead the development and maintenance of data architectures, databases, data models, and data warehousing strategies.
- Build, lead, and mentor a high-performing team of data scientists, analysts, and other data professionals.
- Foster a culture of continuous improvement and learning within the team, promoting data literacy across the organization.
- Collaborate with other departments to ensure the data team's work aligns with overall business objectives and contributes to organizational success.
- Present complex data findings in a clear and understandable manner to stakeholders at all levels, including executive leadership and holding company.
- Engage with external partners and vendors to explore and implement new data technologies and solutions.
- Continuously assess and improve data analytics practices, tools, and techniques to maintain industry-leading capabilities.
- Lead initiatives to explore and implement new and emerging technologies in data analytics and AI that can provide a competitive edge.
- Encourage a culture of innovation within the team, promoting experimentation and exploration of new ideas in data analytics.
Experience, Competencies and Skills Required:
- Bachelor’s degree in Data Science, Statistics, Computer Science, Business, or a related field.
- Minimum 10 years of experience in designing and delivering data analytics use cases and programs, including at least 3 years in a managerial role.
- Experience with a broad range of analytics tools including Python, R, SQL, Alteryx, Tableau, and PowerBI. Proficiency in these tools is essential for data manipulation, analysis, and visualization.
- Basic knowledge of various machine learning algorithms such as linear regression, decision tree, random forest, etc.
- Clear understanding of value-backed analytics opportunities specifically in the retail industry.
- Comprehensive understanding of product development lifecycles, particularly as it relates to data product development, from ideation to deployment and maintenance.
- A flexible, resilient team player with a positive attitude. Proven track record of working harmoniously with a wide range of colleagues, from data scientists to business leaders.
- Fluency in Azerbaijani, English, and Russian is considered an advantage, enhancing the ability to communicate effectively in a diverse, multinational environment.
How to apply:
Interested candidates are requested to submit:
- CV to e-mail;
- Put “Head of Data and Analytics” in the subject line;
- CVs should be sent by December 21, 2023
Attention: The candidates will go through initial CV screening review. Those candidates ONLY who succeeds based on CV screening will be contacted via email and/or phone and will be invited to interview.
PAŞA Holding Data Ofisi daxilində olan Data və Analitika üzrə rəhbər vəzifəsinə təcrübəli namizədləri dəvət edir. “Bravo”-nun tərkibində olan bu Data və Analitika üzrə rəhbər müştəri təcrübələrinin gücləndirilməsinə, təchizat zəncirindəki səmərəliliyin optimallaşdırılmasına və satış göstəricilərinin artırılmasına xidmət edən pərakəndə satışa yönəlmiş data strategiyalarının həyata keçirilməsi baxımından çox önəmli əhəmiyyət kəsb edir. Onun əsas məqsədlərinə hədəflənmiş marketinq üzrə analitik məlumatların hazırlanması, məhsul çeşidinin və inventarının idarə edilməsinin təkmilləşdirilməsi, alış-veriş təcrübələrinin uyğunlaşdırılması üçün müştəri davranışlarının təhlil edilməsi daxildir. Bu vəzifə gəlirliliyin artımına və bazar rəqabətliliyinə data analitikasının birbaşa töhfə verməsini təmin etməkdə mühüm rol oynayır.
İşin təsviri:
- Bravo-nun biznes məqsədlərinə uyğun olan hərtərəfli data və analitika strategiyası hazırlamaq və həyata keçirmək.
- Təşkilatın strateji aktiv kimi datadan istifadə etməsini təmin edərək, biznes qərarlarının qəbul edilməsində data analitikasından istifadəni təşviq etmək.
- Pərakəndə satış əməliyyatlarını təkmilləşdirmək üçün qabaqcıl analitika, süni intellekt (AI) və “big data” texnologiyalarının tətbiqində vizyoner liderlik nümayiş etdirmək.
- Müştəri davranışı, satış göstəriciləri və təchizat zəncirinin optimallaşdırılması kimi sahələrdə tendensiyaları, analitik məlumatları və imkanları müəyyən etmək üçün mürəkkəb data massivlərinin təhlilini aparmaq.
- Məhsulun inkişafı və mövqenin müəyyənləşdirilməsi strategiyaları üçün məlumat təmin etmək məqsədilə bazar tendensiyalarını izləmək və təhlil etmək.
- Məlumat (data) resurslarının idarə edilməsinə, məlumatların (data) keyfiyyətinə, əlçatanlığına və müvafiq qaydalara uyğunluğuna nəzarət etmək.
- Məlumatların (data) keyfiyyəti də daxil olmaqla, məlumatların (data) idarə edilməsi üzrə etibarlı təcrübələr tətbiq etmək.
- Data arxitekturası, məlumat bazaları, data modelləri və data saxlama strategiyalarının işlənib hazırlanmasına və saxlanmasına rəhbərlik etmək.
- Data mütəxəssisləri, analitiklər və data üzrə digər peşəkarlardan ibarət yüksək səviyyəli komanda formalaşdırmaq, onlara rəhbərlik və mentorluq etmək.
- Təşkilat daxilində data biliklərini təşviq edərək, komanda daxilində davamlı təkmilləşdirmə və öyrənmə mədəniyyətini inkişaf etdirmək.
- Data qrupunun işinin ümumi biznes məqsədlərinə uyğun olmasını və təşkilati uğura töhfə verməsini təmin etmək üçün digər departamentlərlə əməkdaşlıq etmək.
- İcraçı rəhbərlik və holding daxil olmaqla, bütün səviyyələrdə maraqlı tərəflərə data əsasında aşkar edilən nəticələri aydın və başa düşülən şəkildə təqdim etmək.
- Yeni data texnologiyalarını və həllərini araşdırmaq və həyata keçirmək üçün xarici tərəfdaşlar və təchizatçılarla əlaqə saxlamaq.
- Sektordakı aparıcı bacarıqları qoruyub saxlamaq üçün data analitikası üzrə təcrübələri, alətləri və üsulları davamlı olaraq qiymətləndirmək və təkmilləşdirmək.
- Rəqabət üstünlüyü təmin edə bilən data analitikasında və süni intellektdə (Aİ) yeni və inkişaf edən texnologiyaların tədqiqi və tətbiqi üçün təşəbbüslərə rəhbərlik etmək.
- Data analitikasında yeni ideyaların təcrübədən keçirilməsini və tədqiq olunmasını təşviq edərək, komanda daxilində innovasiya mədəniyyətini təşviq etmək.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Data elmləri (Data Science), statistika, kompüter elmləri, biznes və ya əlaqədar sahədə bakalavr dərəcəsi.
- Data analitikasının tətbiqi hallarının və proqramlarının layihələndirilməsi və həyata keçirilməsi üzrə minimum 10 illik təcrübə, o cümlədən ən azı 3 il rəhbər vəzifədə iş təcrübəsi.
- Python, R, SQL, Alteryx, Tableau və PowerBI daxil olmaqla geniş çeşidli analitik alətlərlə iş təcrübəsi. Bu alətlərdə bacarıq məlumatların manipulyasiyası, təhlili və vizuallaşdırılması üçün vacibdir.
- Xətti reqressiya, “decision tree”, “random forest” və s. kimi müxtəlif maşın öyrənmə alqoritmləri haqqında təməl biliklər.
- Xüsusilə pərakəndə satış sektorunda dəyərə əsaslanan analitik imkanların aydın şəkildə başa düşülməsi.
- Məhsulun inkişafının həyat dövrlərinin (xüsusən də, data məhsulunun inkişafı ilə əlaqədar olaraq, ideyadan tutmuş tətbiq və texniki xidmətə qədər olan mərhələlər) hərtərəfli başa düşülməsi.
- Müsbət münasibətə malik çevik, dayanıqlı komanda üzvü. Data mütəxəssislərindən tutmuş biznes liderlərinə qədər fərqli həmkarları ilə ahəngdar işləmək təcrübəsi.
- Azərbaycan, ingilis və rus dillərində səlis danışıq bacarığı müxtəlif, çoxmillətli mühitdə səmərəli ünsiyyət qurmaq bacarığını artıran üstünlük hesab edilir.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- CV e-mail ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Data və Analitika üzrə rəhbər” qeyd olunmalıdır;
- CV-lər 21 dekabr 2023-cü il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.