Portfel idarəçisi assistenti
Son tarix 12 apr 2022 - [email protected]
Vəzifənin əsas məqsədi investisiya komandasına analitik və administrativ işlərdə dəstək olmaqdır.
-
Portfel idarəçisi assistenti investisiya portfellərinin monitorinqində, investisiya hesabatları üçün araşdırmalarda, broker şirkəti ilə işin koordinasiya edilməsində və müştərilərə hesabatların göndərilməsində iştirak edəcək.
Əsas öhdəlikləri:
-
İnvestisiya hesabatları üçün bazarlar haqqında məlumatın toplanması;
-
Broker komandası ilə birgə hesabatların hazırlanması, müştərilərə müqavilə və hesabatların göndərilməsi;
-
Araşdırmalarda müvafiq dəstəyin göstərilməsi;
-
Bazar haqqında şifahi və yazılı şərhlərin təqdim olunması;
-
Müştəri və müştəri menecerləri ilə mütəmadi əlaqədə olmaq;
-
İnvestisiya məhsullarının yaradılmasında və portfel idarəçiliyində iştirak etmək.
Bilik və bacarıqlar
-
Biznes, maliyyə, investisiya, iqtisadiyyat sahələrində bakalavr dərəcəsi;
-
Maliyyə bazarları haqqında məlumatlı olmaq;
-
Yazılı və şifahi qaydada özünü ifadə etmək qabiliyyəti;
-
Analitik düşüncə və problem həll etmə bacarığı;
-
Xarici dillər : İngilis və rus
İş təcrübəsi: 1 ilədək
İpoteka kreditləri üzrə mütəxəssis
Son tarix 16 apr 2022 - [email protected]
Əsas öhdəliklər:
-
İpoteka kreditlərinin satışı (görüşlərin təşkili, konsultasiya, sənədlərin toplanması)
-
İpoteka krediti müraciətlərinin baxılması və qiymətləndirilməsi
-
Bankdaxili şöbələr- Filiallar, Kred Admin, KRA və digər departamentlərlə kommunikasiyanın qurulması
-
Bank xərclərinin azaldılması məqsədilə AİKZF tərəfindən maliyyələşdirilən portfelin qorunması
-
İpoteka krediti məhsulunun inkişafı prosesində iştirak etmək
-
AİKZF ilə (partnyorlarla) münasibətlərin qurulması, inkişafı, məhsulların və biznes prosesin qurulmasında iştirak etmək.
-
Biznes proses üzrə təsvirin qurulması və sənəd mübadiləsində aktiv iştirak
-
Yüksək xidmətin göstərilməsi və müştəri məmnuniyyətinin əldə olunması
-
İşçilər üçün təlimlərin keçirilməsi( Əlaqə Mərkəzi, Keyfiyyətə Nəzarət, Filiallar və s.)
-
Yeni həmkarlarına iş mühitinə uyğunlaşmasında köməklik göstərmək və öz təcrübəsini paylaşmaq
-
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
-
Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
-
Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
-
Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
-
İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
-
Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
-
Fərdi müştərilərə İpoteka kreditlərinin verilməsi
-
İpoteka üzrə müraciətlərin baxılması, dəyərləndirilməsi
-
Sənədləşdirmənin aparılması
-
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Bilik, bacarıq və təcrübə üzrə tələblər:
-
Təhsil: İqtisadi və buna bənzər digər bakalavr təhsili
-
İş təcrübəsi: Tələb olunan iş təcrübəsi: 2-3 il
-
Xarici dil: İngilis (səlis), rus (səlis)
-
Kompüter bacarığı: Microsoft Office
-
Məhsul üzrə anlayış: İpoteka kreditinin özəllikləri və tənzimləyici tələblər (MBNP, MB, AİKZF)
-
Bazar bilikləri: İpoteka kreditlərinin xüsusiyyətləri
-
Digər: Satış bacarığı.
Junior RM (Guba)
Son tarix 16 apr 2022 - [email protected]
Əhatə dairəsi / Strateji öhdəlik:
Kiçik və Orta Sahibkarlıq Seqmentinə uyğun olan müştərilərə Bank məhsul və xidmətlərinin satışını təşkil etməklə qarşıya qoyulmuş satış hədəflərinə nail olmaq üçün, müştəri ilə Bank arasında münasibətləri idarə etmək və mövcud fürsətləri araşdırmaqla müştəri bazasının artımına nail olmağa məsuliyyət daşıyır.
Vəzifə öhdəlikləri:
-
Potensial müştərilər ilə birbaşa əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün, onlara Bank tərəfindən biznes bankçılıq seqmentinin müştərilərinə təqdim edlən bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi
-
Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması
-
Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması
-
Yeni və mövcud müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi
-
Müştərilər kredit üçün muraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə səmərəli əməkdaşlıq
-
Kredit Risklərin Anderraytinqi departamentinin əməkdaşları ilə təhlil edilmiş biznesi müzakirə etmək və analizin detallı aparıldığını sübut edən dəlil və sübutların təqdim edilməsi
-
Aidiyyatı departamentin əməkdaşlarının, monitorinqləri həyata keçirməsi üçün, müştəri ilə görüşünün təşkil edilməsi
-
Fəaliyyəti haqqında rəhbərliyə günlük/həfətəlik/aylıq hesabat verilməsi
-
Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davaranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq)
-
Müştəri portfelinin mənfəətliliyinə nəzarət edilməsi o control customer portfolio profitability
-
Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin edilməsi
Tələb olunan bilik, bacarıq və təcrübə:
-
Təhsil: Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahə
-
Tələb olunan iş təcrübəsi: 0-1 il
-
Xarici dillər: ingilis dili (orta), rus dili (arzuolunandır)
-
Kompüter bilikləri: Microsoft Office
-
Bacarıqlar: Satış, İnandıra bilmək qabiliyyəti, çeviklik və aktiv iş şəraitinə uyğunlaşa bilmək.