PASHA Bank
Marketinq Kommunikasiyası şöbəsinin Kontentin Yaradılması istiqaməti üzrə Mütəxəssis
Son tarix 26 yan 2026 - Müraciət et
İşiniz nədən ibarətdir?
Kreativ və strateji məzmun istehsalı
- Sosial media, reklam kampaniyaları, təqdimatlar, e-mail və veb-sayt üçün brend tonuna uyğun yaradıcı məzmun və konseptlər hazırlamaq;
- Rəqəmsal kanallar üçün “storytelling” əsaslı kampaniya ideyaları və konseptlər irəli sürmək;
- Brendin illik və rüblük kommunikasiya xəttinə uyğun paylaşım təqviminin hazırlanmasında iştirak etmək.
Kreativ agentliklərlə əməkdaşlıq
- Kreativ, media və PR agentlikləri ilə kampaniya ideyalarının hazırlanması, “brief”lərin ötürülməsi və icra keyfiyyətinə nəzarət proseslərini koordinasiya etmək;
- Agentlik tərəfindən təqdim edilən ssenarilər, sloqanlar, sosial media postları, video konseptlər və reklam mətnlərini nəzərdən keçirmək, brend tonuna və kommunikasiya strategiyasına uyğunluğunu təmin etmək;
- Hər kampaniya üçün məzmun istiqamətində fikir və istiqamət təklifləri vermək.
SEO yönümlü məzmun yaradılması
- Veb-sayt, bloq və məhsul səhifələri üçün SEO-optimallaşdırılmış məzmunlar yazmaq və yeniləmək;
- “Keyword” araşdırması aparmaq və nəticələr əsasında məzmun strategiyası formalaşdırmaq;
- Mövcud məzmunların oxunurluq, geri dönüşüm, CTR və s. kimi göstəricilərini izləmək və təkmilləşdirmək.
Araşdırma və yeniliklərin tətbiqi
- Rəqəmsal marketinq trendləri, məzmun formatları, SEO və AI dəstəkli yazı alətlərini izləmək və tətbiq etmək;
- Rəqiblərin məzmun strategiyalarını analiz etmək və fərqli yanaşmaları təklif etmək;
- Aylıq və rüblük məzmun nəticələrini təhlil etmək və müvafiq hesabatlar hazırlamaq.
Sizdən nə tələb olunur?
- Təhsil: Marketinq, kommunikasiya, filologiya sahələrində ali təhsil arzuolunandır;
- Tələb olunan iş təcrübəsi: Marketinq və kommunikasiya sahəsində minimum 3 il;
- Dil bacarıqları: Azərbaycan dili (ana dili), ingilis dili (peşəkar işləmə bacarığı), rus dili (arzuolunandır).
Hörmətli PAŞA Qrup əməkdaşı!
PAŞA Qrup daxilində bizim ən dəyərli kapitalımız Sizsiniz! Sizin bacarığınız və təcrübəniz həm özünüz, həm də PAŞA Qrupu üçün əvəzolunmaz sərvətdir. Məhz bu səbəbdən qrup daxilində karyeranızı inkişaf elətdirməyiniz, yeni rolları kəşf edərək bacarıqlarınızı artırmağınız üçün geniş imkanları sizlərə yaratmaq bizim əsas hədəflərimizdəndir.
Daxil olmaq üçün - https://pashamobility.az/user/login
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Back-End Proqramlaşdırma üzə Mütəxəssis
Son tarix 26 yan 2026 Müraciət et
İşiniz nədən ibarətdir?
- Rəqəmsal məhsulların yaradılması üzrə back-end proqram çərçivələrindən istifadə etməklə keyfiyyətli, dayanıqlı, təhlükəsiz proqram təminatları hazırlamaq;
- Proqram təminatında baş verəcək hadisələrin qeydiyyatının aparılması, məlumatların daxili və kənar sistemlərə mövcud tələblər əsasında inteqrasiya edilməsi və izlənməsi;
- Bulud hesablama həlləri üzrə inteqrasiyalar, CI/CD prosesində yaxından iştirak etmək;
- Back-end həllərin yaradılması üzrə mövcud prinsip və prosedurları tətbiq edərək ölçülə bilən, dayanıqlı və imtinaya davamlı proqramlar yaratmaq;
- Dəqiq və funksional həllər üçün qəbul edilmiş konvensiya və qaydalara uyğun kodlar yazmaq, komandada digər proqramçıların kodlarını nəzərdə keçirmək;
- Üçüncü tərəflə işləmək, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə çalışmaq;
- Maneələrin aradan qaldırılması və biznes ehtiyaclarını ödəmək üçün texniki həllər hazırlamaq
- Digər komanda fərdləri ilə mütəmadi işləmək, arxitektual həlləri nəzərdən keçirib sənədləşdirmək;
- Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək;
- Komandanın cavabdehlik daşıdığı proqram təminatlarının unit, inteqrasiya testlərini hazırlamaq, həmçinin keyfiyyət yoxlama testlərində aktiv iştirak etmək;
- Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək;
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
- Təhsil səviyyəsi və istiqaməti: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi
- İş təcrübəsi :Proqram təminatı, mühəndislik sahəsində minimum 2 il təcrübə
- Texniki səriştələr: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi. Versiya nəzarət sistemi biliyi (git)
- Dil bilikləri: İngilis (yaxşı)
- Kompüter bilikləri: Müvafiq dillərdən hər hansı birini mükəmməl səviyyədə bilmək: Java, Kotlin, Golang, Python. Verilənlərin strukturu və alqoritm yaxşı biliyin olması. İnfrastruktur dizayn və prinsipləri haqqında yaxşı anlayışın olması. Kodun unit və inteqrasiya testlərini tərtib etmək bacarığı. Məlumat bazaları ilə işləmək bacarığı. CI/CD təcrübəsi olması. Kodlaşdırma standartları və təcrübələrini dərindən bilmək. Restful APIs, SOAP üzrə mükəmməl biliklər
- Digər: Yaxşı ünsiyyət və hesabat biliyi. Üstünlük verilir: Bankçılıq təcrübəsi, kod dizayn üsulları (design patterns), kodun yenidən işlənməsi, proqram təhlükəsizliyi, CI/CD, yüksək miqyaslı proqramlar, cüt proqramlaşdırma, effektli testlərin hazırlanması, mikroservis arxitekturası ilə təcrübə, LDAP, SSO, Multi-Threading üzrə biliklər
PAŞA Qrup (Maliyyə şirkətləri) əməkdaşlarının nəzərinə: Qeyd edilən vakansiyaya yalnız "PASHA INTERNAL MOBILITY" platforması vasitəsilə müraciət edə bilərsiniz. Link: https://pashamobility.az/user/login
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Korporativ hüquq şöbəsi üzrə Mütəxəssis
Son tarix 23 yan 2026 Müraciət et
İşiniz nədən ibarətdir?
- Yeni bank məhsulları və xidmətlərinin yaradılması, mövcud bank məhsulları və xidmətlərinə müvafiq dəyişiklərlə əlaqədar bank məhsulları, proseslərinin hüquqi ekspertizası;
- Mövcud hüquqi tənzimlənməni təmin etmək üçün qanunvericiliyə təkliflərin hazırlanması, müvafiq struktur bölmələr tərəfindən hazırlanan təkliflərə hüquqi rəylərin verilməsi;
- Qanunvericiliyə yeniliklərin (dəyişikliklərin) mütəmadi olaraq izlənilməsi və icrası üçün zəruri addımların atılmasına dəstək göstərilməsi;
- Müxbir bank münasibətlərinin yaradılması, investisiya xidmətlərinin alınması, müxtəlif maliyyə institutları ilə işgüzar münasibətlərin qurulması, saxlanılması və xitam verilməsi ilə əlaqədar müqavilələrin, onlara əlavələrin hazırlanması, müqavilələrin hüquqi ekspertizası, müqavilələr üzrə hüquqi risk yaradan məsələlərin aidiyyatı üzrə təhlil edilməsi və razılaşdırılmasının (həll edilməsinin) təmin edilməsi;
- Yeni bank məhsulları və xidmətləri ilə əlaqədar müqavilələrin hazırlanması, tərəfdaşlardan daxil olan sorğular əsasında mövcud müqavilələrin yenilənməsinin təmin edilməsi;
- Qanunvericilikdəki yeniliklər, mövcud hüquqi risklərdən və s. irəli gələrək bank məhsulları və xidmətləri, o cümlədən xarici (kənar) tərəfdaşlarla bağlanan digər növ (o cümlədən satınalma, qeyri-satınalma, təchizat müqavilələri və s.) müqavilələrin mütəmadi olaraq hüquqi təhlil edilməsi və zərurət olduqda müvafiq düzəlişlərin (əlavələrin) edilməsi;
- Tərəfdaşlar və müştərilələrlə müqavilələrin şərtlərin razılaşdırılması prosesində iştirak edilməsi, prosesin başdan sona uğurla başa çatdırılması;
- Hüquq departamentinin sahibi olduğu bankdaxili normativ hüquqi sənədlərin hazırlanması, qanunvericilikdəki yeniliklər, mövcud hüquqi risklərdən və s. irəli gələrək mütəmadi olaraq yenilənməsinin təmn edilməsi;
- Bankdaxili normativ hüquqi sənədlərin hazırlanması prosesində iştirak edilməsi, normativ hüquqi sənədlərin ekspertizasının təmin edilməsi və müvafiq olaraq razılaşdırılması;
- Bankdaxili əmr və etibarnamələrin hazırlanmasına hüquqi dəstəyin göstərilməsi, əmr və etibarnamələrə hüquqi rəylərin verilməsi;
- Mütəmadi olaraq yaranan münasibətlərin tənzimlənməsi məqsədilə bankın maraqlarına uyğun formada standartlaşdırılmış müqavilələrin hazırlanması;
- Müqavilələrin və normativ hüquqi sənədlərin hüquqi ekspertizası ilə əlaqədar hüquqi risk yaradan məsələlər üzrə kompleks hüquqi mövqenin formalaşdırılması, risk xəritəsi və mitiqasiya planının hazırlanması, birbaşa rəhbər və digər bankdaxili aidiyyəti tərəfdaşlarla razılaşdırılması;
- Şöbənin fəaliyyəti ilə əlaqədar tələb edilən müvafiq hesabatların hazırlanması və s.
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq sahəsində ali təhsil (bakalavr);
- Tələb olunan iş təcrübəsi: 3-5 il iş təcrübəsi;
- Xarici dillər: İngilis (səlis);
- Kompüter bilikləri: Microsoft Office.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Hüquqi məsələlər departamentinin Qərarların məcburi icrası istiqaməti üzrə Baş mütəxəssis
Son tarix 23 yan 2026 Müraciət et
İşiniz nədən ibarətdir?
- Bankın tərəf qismində çıxış etdiyi müvafiq məhkəmə qərarlarının, notariat icra qeydlərinin, arbitraj qərarlarının və digər səlahiyyətli orqanların qərarının icrasını təmin etmək üçün effektiv addımların atılması;
- İcra qurumları, borclular, icra edilməli olan qərarlar üzrə tərəflərlə münasibətlərin effektiv formada qurulması;
- Borclular tərəfindən ödənişlərin vaxtında və lazımı qaydada yerinə yetirilməsinin təmin edilməsi üçün müvafiq addımların atılması;
- Bankın qeyri-işlək kredit portfeli üzrə icra mərhələsində olan işlər üzrə yığımın edilməsinin təmin edilməsi;
- Axtarışda olan borclularla bağlı daxili işlər orqanları və digər hüquq mühafizə orqanları ilə münasibətdə Bankın maraqlarını təmsil edək zəruri addımların atılması;
- İcraatda olan işlərlə bağlı banka daxil olmuş vəsaitlərin aidiyyatı üzrə köçürülməsi üçün müvafiq hərəkətlərin yerinə yetirilməsi;
- Bankın müxtəlif struktur bölmələrindən daxil olan sorğuların hüquqi ekspertizasının aparılması, hüquqi rəylərin verilməsi;
- İcra mərhələsində olan işlərlə bağlı dəqiq və aktual məlumat bazasının yaradılmasını, mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;
- İcra portfelində olan işlərlə bağlı müvafiq olaraq tələb olunan hesabatların hazırlanmasını və təqdim edilməsin təmin edilməsi;
- Dövlət və qeyri-dövlət orqanlarından daxil olan sorğuların cavablandırılması, bununla bağlı zəruri hərəkətlərin yerinə yetirilməsi;
- Fəaliyyət göstərdiyi istiqaməti üzrə nəticəyönülmü, hərtərəfli addımların atılmasının təmin edilməsi;
- İcra portfeli üzrə zəruri addımlarla bağlı kompleks hüquqi mövqenin formalaşdırılması, risk xəritəsi və mitiqasiya planının hazırlanması, birbaşa rəhbər və digər bankdaxili aidiyyəti tərəfdaşlarla razılaşdırılması, icra əməliyyatlarının hüquqi cəhətdən effektiv şəkildə icrasının təmin edilməsi;
- Mövcud hüquqi tənzimlənməni təmin etmək üçün qanunvericiliyə təkliflərin hazırlanması, müvafiq struktur bölmələr tərəfindən hazırlanan təkliflərə hüquqi rəylərin verilməsi;
- Müxtəlif məsələlərlə əlaqədar bankın səlahiyyətli qərarvermə orqanlarının qərarlarının icrası üçün zəruri addımların atılmasının təmin edilməsi və s.
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq sahəsi üzrə Bakalavr təhsili;
- Tələb olunan iş təcrübəsi: 3-5 il iş təcrübəsi;
- Xarici dillər: İngilis (orta);