PASHA Insurance
Data mərkəzi, Data analitikası və hesabat bölməsi/ Data analitika və hesabat bölməsinin rəhbəri
Son tarix 30 apr 2026 - Müraciət et
Vəzifə Öhdəlikləri:
- Biznes tələblərinin təhlili, mövcud biznes proseslərinin anlamaq və mövcud məlumatlar əsasında analitik təhlillərin aparılaraq, həllərin biznes ehtiyaclarına uyğun dizayn edilməsi;
- Müxtəlif mənbələrdən məlumatların toplanması, transformasiyası və aqreqasiyası əsasında idarəetmə və operativ qərarların verilməsi üçün hesabatların hazırlanması;
- Məlumatlara əsaslanan qərarverməni dəstəkləyən BI hesabatları, dashboardlar və KPI monitorinq sistemlərinin qurulması;
- Təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və proseslərin optimallaşdırılması;
- Strateji qərarların dəstəklənməsi üçün analitik təhlillərin, proqnozların və ssenarilərin hazırlanması, Data Warehouse və Data Lake konseptlərinin anlayışı və istifadə prinsiplərinin tətbiqi;
- Məlumatların təmizlənməsi, standartlaşdırılması, deduplikasiyası və keyfiyyətinin təmin edilməsi;
- Müxtəlif sistemlərdən məlumatların inteqrasiyası, vahid və istifadə oluna bilən data strukturlarının formalaşdırılması;
- Data keyfiyyətinin ölçülməsi və artırılması üçün metodologiyaların və nəzarət mexanizmlərinin tətbiqi;
- Data modellərinin qurulması, data axınlarının və arxitekturasının sadələşdirilmiş şəkildə dizayn edilməsində iştirak və biznes tələbin tərcümə edilməsi;
- Data Warehouse və Data Lake mühitlərində məlumatların saxlanılması və normallaşdırılması prinsiplərinin idarə olunması haqqında məlumatlı və təcrübəli olması;
- Mürəkkəb statistik analiz, və maşın öyrənməsi konseptləri əsasında proqnozlaşdırıcı analitik yanaşmaların tətbiqi, staistik və maşın öyrənmə modelinin qurulması zamanı analitik risk yanaşmalarının və model məntiqinin başa düşülməsi və tətbiqi;
- Maliyyə analizini və risk hesabatlarını oxumaq,anlamaq və həmin göstəricilərin performans, gəlirlilik, risk aspektindən analitik həllərdə çarpaz istifadəsinin təmin edilməsi;
- Analitik nəticələrin texniki və qeyri-texniki maraqlı tərəflərə aydın, strukturlaşdırılmış və biznes yönümlü şəkildə təqdim edilməsi;
- Data layihələri üzrə tələblərin toplanması, prioritetləşdirilməsi və icrasının koordinasiyasını təşkil edilməsi;
- SQL, Excel,Python, R və digər analitik alətlərdən istifadə etməklə data ilə bağlı texniki tapşırıqların icrası;
- Texniki sənədləşmənin aparılması və analitik həllərin davamlılığının təmin edilməsi;
Namizədə olan tələblər:
- İş təcrübəsi: Data sahəsi üzrə üzrə 3-5 il iş təcrübəsi tələb olunur.
- Təhsili: İqtisadiyyat, Maliyyə, Menecment, İT, Riyaziyyat, Data Elmləri ixtisasları üzrə bakalavr dərəcəsi;
- Dil bilikləri: Rus dili:orta , İngilis dili:yaxşı
- Kompüter bilikləri: MS Excel:əla , PowerBI:əla , Visio:orta , MSSQL(T-SQL):əla , PostgreSQL:əla , R Language:orta , MS PowerPoint:əla , MS Office:əla , Pyhton:əla.
- Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Biznes proseslərin idarəedilməsi üzrə kiçik mütəxəssis/mütəxəssis
Son tarix 10 may 2026 Müraciət et
PAŞA Sığorta ASC namizədləri Biznes proseslərin idarəedilməsi üzrə kiçik mütəxəssis/mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
BPM Kiçik Mütəxəssis / Mütəxəssis təşkilatın biznes proseslərinin dizaynı, sənədləşdirilməsi və davamlı təkmilləşdirilməsində iştirak edir, proseslərin standartlaşdırılması və ölçülə bilən nəticələrə çatdırılması üçün korporativ strategiya və əməliyyat məqsədləri ilə uyğunluğunu təmin edir. Bu vəzifə BPM çərçivəsinin tətbiqinə, proses idarəetmə strukturlarının dəstəklənməsinə, proses performansının təhlilinə və proses mükəmməlliyinin təşviqinə yönəlmişdir.
Öhdəliklər
- Korporativ səviyyədə BPM çərçivəsinin, strategiyasının və yol xəritəsinin tətbiqi və saxlanmasında iştirak etmək.
- Proses sahibliyi, rollar və məsuliyyətlərin sənədləşdirilməsi daxil olmaqla proses idarəetmə strukturlarını dəstəkləmək.
- İerarxik proses modelləri və proses memarlığını korporativ məqsədlərlə uyğun şəkildə qorumaq.
- BPM-in bütün iş bölmələrində tətbiqini təşviq etmək və proses mükəmməlliyi təşəbbüslərini dəstəkləmək.
- Proseslərin müəyyən edilməsi, həcminin təyin edilməsi və prioritetləşdirilməsi işlərinə dəstək vermək.
- Proses inventarını qorumaq və dəyər zəncirlərini və əsas end-to-end prosesləri müəyyən etməyə kömək etmək.
- KPI-lər, benchmark-lar və digər metriklərdən istifadə edərək proses performans məlumatlarını toplamaq və analiz etmək.
- Seminarlar, müsahibələr və BPMN sənədləşdirilməsi vasitəsilə proses kəşfini dəstəkləmək.
- Səmərəsizlikləri, riskləri, darboğazları və uyğunluq boşluqlarını müəyyən etməkdə təcrübəli BPM işçilərinin rəhbərliyi altında iştirak etmək.
- Lean, Six Sigma, müştəri yönümlü dizayn və avtomatlaşdırma prinsiplərindən istifadə edərək proses yenidən dizayn təşəbbüslərinə töhfə vermək.
- Yenidən dizayn edilmiş proseslərin tətbiqinə kömək etmək, o cümlədən kommunikasiya, təlim və dəyişiklik idarəçiliyini dəstəkləmək.
- Əməliyyat problemlərinin əsas səbəblərini analiz etməyə və təkmilləşdirmə tövsiyələri verməyə kömək etmək.
- Proses avtomatlaşdırma təşəbbüslərini dəstəkləmək üçün texnologiya və biznes sahibləri ilə əməkdaşlıq etmək.
- BPM mədəniyyətini gücləndirmək üçün seminarlar, təlimlər və bilik paylaşımı sessiyalarında iştirak etmək.
Bilik və Bacarıqlar
- BPM həyat dövrü və proses sənədləşdirilməsi təcrübəsi ilə tanışlıq.
- BPMN modelləşdirmə və proses analizi metodlarının bilikləri.
- Proses məlumatlarını təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək bacarığı.
- Yaxşı ünsiyyət və maraqlı tərəflərlə əməkdaşlıq bacarıqları.
- Funksiyalararası komandalarla effektiv əməkdaşlıq edə bilmək.
- Öyrənməyə və proses mükəmməlliyi təşəbbüslərini dəstəkləməyə həvəsli olmaq.
- Proaktiv, detallara diqqətli və həll yönümlü yanaşma.
- Dil bilikləri: Azərbaycan, İngilis
Təhsil və Təcrübə
- Biznes idarəçiliyi, menecment, əməliyyatlar və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
- BPM, prosesin təkmilləşdirilməsi, əməliyyat mükəmməlliyi və ya transformasiya rollarında 1–3 il təcrübə.
- Sığorta və ya maliyyə sahəsində təcrübə üstünlükdür.
Bizim Təklifimiz
- Peşəkar və əməkdaşlığa əsaslanan mühitdə işləmək imkanı.
- Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təlim imkanları.
- Şirkət daxilində innovativ layihələrdə iştirak və töhfə vermək fürsəti.
- Şəffaflıq və açıq ünsiyyətə əsaslanan korporativ mədəniyyət.
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.














