PASHA Bank
Kreditləşmə üzrə Analitik (Korporativ & Insitutsional Bankçılıq)
Son tarix 11 noy 2024 - Müraciət et
Təsvir
- Müştərilər ilə kommunikasiyanın idarə olunması, eləcə də hədəf üzrə cari satış göstəricilərinə nəzarət olunması və əlaqədar zəruri qərarların qəbul edilməsi;
- Mövcud böyük korporativ müştərilərin saxlanılması;
- Korporativ müştəri seqmentləri üzrə Mənfəət və Zərərə görə cavabdehlik;
- Kredit sifarişi təmin etmək məqsədilə həyata keçirilən müştərinin ilkin maliyyə və qeyri-maliyyə təhlilinin həyata keçirilməsi;
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və müstəqil olaraq kredit strukturu və müştəriyə uyğun olan optimal məhsul qarışığına qərar verilməsi;
- Kredit risk anderraytinq və sonrakı mərhələlərdə müvafiq komitələrdə təsdiqini tapmaq üçün limitlər və kredit komitəsinə təklif edilməsi;
- Kredit və limitlərin öncədən təyin edilmiş limitlər və məqsədlər çərçivəsində istifadəsinə nəzarət edilməsi və müştərilərə verilən limitlərin vaxtında yenilənməsi.
Tələblər
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 2-3 il
- Lisenziya / Sertifikat: - ACCA f3
- Xarici dillər: İngilis
- Kompüter bilikləri: Microsoft Office
- Texniki biliklər: IFRS
- Bazar üzrə biliklər: Bank məhsulları.