Bakıda yeni açılacaq Nizami metrosu , 28 may metrosu,Yeni Günəşli şöbəsi,20 Yanvar şöbəsi,Memar Əcəmi şöbəsi, Xətai metrosu, Binə qəsəbəsi , Suraxanı qəsəbəsi, Bayıl-20 sahə dairəsi ərazilərində və Sumqayıt ərazisində yerləşən filiallara və rayonlarda yerləşən Bərdə, Mingəçevir, Füzuli, Göyçay filialları üzrə Filial müdiri
Tələb olunan keyfiyyətlər:
• Ali təhsil;
• Bank sektorunda azı 3 (üç) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Analitik mühakimə etmək qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Əsas vəzifə və öhdəliklər:
• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək;
• Filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
• Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq;
• Hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan irəli gələn müvafiq tədbirlərin yerinə yetirilməsini təmin etmək;
• Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək;
• Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;
CV-ləri Bakıda yeni açılacaq Nizami metrosu , 28 may metrosu,Yeni Günəşli şöbəsi,20 Yanvar şöbəsi,Memar Əcəmi şöbəsi, Xətai metrosu, Binə qəsəbəsi , Suraxanı qəsəbəsi, Bayıl-20 sahə dairəsi ərazilərində və Sumqayıt ərazisində yerləşən filiallara və rayonlarda yerləşən Bərdə, Mingəçevir, Füzuli, Göyçay filialları üzrə Filial müdiri mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Bakı şəhərində yeni açılacaq Nizami metrosu , 28 may metrosu,Yeni Günəşli şöbəsi,20 Yanvar şöbəsi,Memar Əcəmi şöbəsi, Xətai metrosu, Binə qəsəbəsi , Suraxanı qəsəbəsi, Bayıl-20 sahə dairəsi ərazilərində və Sumqayıt ərazisində yerləşən filiallara və bölgələrdə yerləşən Biləsuvar , Şirvan , Şamaxı , Sabirabad , Göyçay , Siyəzən,Mingəçevir,Goranboy , Füzuli , Yevlax , Şəki , Qəbələ, İsmayıllı,Salyan,Siyəzən və Bərdə filiallarına satış və aparıcı satış məsləhətçiləri tələb olunur. Qeyd də universiteti yeni bitirmiş tələbələr və təcrübəsi olmayan işçilərin işə götürülməsi haqqında məlumat da qeyd etməyiniz xahiş olunur.
Tələblər:
• Ali İqtisadi təhsilin olması;
• Kişi cinsinin nümayəndəsi olmalı;
• Ofis program və ləvazimatlardan istifadə etmə bacarığı;
• Səndlərlə düzgün işləmə bacarığı;
• Karyer plana uyğun öz kriteriyası üzrə ümumi bilik səviyyəsinə malik olmalı;
Vəzifə öhdəlikləri:
• Karyer plan üzrə mikro kredit məhsulların limitlər üzrə satışını həyata keçirir;
• Bank dövriyyəsi olan müştərilərin cəlb edilməsi;
• Gündəlik əməliyyatları bank proqramına yığır və müxabirləşməni aparır;
• İcra edilmiş bütün əməliyyat sənədlərini günün sənədlərinə tikir;
CV-ləri Bakı şəhərində yerləşən filiallar və Biləsuvar , Şirvan , Şamaxı , Sabirabad , Göyçay , Siyəzən,Mingəçevir,Goranboy , Füzuli , Yevlax , Şəki , Qəbələ, İsmayıllı,Salyan və Bərdə filialına aparıcı satış məsləhətçiləri mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
“Para” Bank Olmayan Kredit Təşkilatı namizədlərə Mühasibatlıq şöbəsinə baş mütəxəssis vəzifəsini təklif etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Peşəkar tələblər:
o Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
o Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
o İki illik iş təcrübəsinə təcrübəyə malik olması;
o Təşkilatın əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti
Vəzifə öhdəlikləri:
• DSMF-na periodik hesabatların hazırlanması və təqdim olunması;
• DSK-nə periodik hesabatların hazırlanması və təqdim olunması;
• DVİ-nə periodik bəyannamələrin hazırlanması və təqdim olunması;
• Təşkilata gələn DSMF, DSK və DVİ tərəfindən sorğularına yazılı cavabların hazırlanması;
• Qanunvericilikdə nəzardə tutulan müddətdə bank əməliyyatlarına dair dövlət vergilərin hesablanması və ödənilməsinə nəzarət edilməsi;
• DSMF və DVİ ilə bankın hesablaşmaların tutuşdurulması işini mütəmadi aparılması;
• DSMF və DVİ tərəfindən periodik yoxlamalar zamanında tələb olunan sənədlərinin təqdim edilməsi;
• Bankın Mərkəzi Apparatında hüquqi şəxslərə və sahibkarlara təzə açılan bank hesablar üçün sənəd komplektlərinin yoxlanılması, hesabların rəsmi olaraq açılma qeydlərin aparılması və bank elektron bazasına daxil etməsi;
• Təşkilatın səhmdarlarına imtiyazlı səhmləri üzrə dividendlərin periodik hesablanması;
• Təşkilatın Mərkəzi Apparatında elektron bazasında gün ərzində yığılmış mühasibat yazılışların daxili qaydalarında nəzardə tutulan limit çərçivəsində təsdiq edilməsi;
• Təşkilatın üzrə elektron bazasında mühasibat uçotu işinin təşkilinə daimi nəzarətin aparılması;
• Ehtiyac olan vaxtda şöbənin müdirinin vəzifələrini icra etmək;
• Şöbəyə aidiyyati üzrə daxil olan məktubların operativ icrasının təmin etmək;
• Şöbə müdirin müxtəlif (birdəfəlik) tapşırıqlarının icra edilməsi;
Məsuliyyətləri :
• Öz işinin nəticə və effektivliyinə;
• Ona həvalə olunmuş vəzifələrin düzgün və vaxtı-vaxtında yerinə yetirilməsinə;
• Təşkilatın iş prosessinə mane olan halları aşkar edib qarşısının almasına;
• Təşkilatın Daxili İntizam Qaydalarına riayət etmək;
Xüsusi bacarıqlar:
• Məsuliyyətli və dəqiq;
• Komanda işini bilən, insanları tanımaq;
• İdarəetmə qabiliyyəti;
• Strateji və analitik qabiliyyət;
• Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.
“Mövzü” bölməsində Mühasiblik şöbəsinin baş mütəxəssisi qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərisniz.
Bakı və Sumqayıt şəhərində yerləşən filiallara və bölgələrdə yerləşən Quba , Şirvan ,Xaçmaz ,Ağcabədi ,Şəmkir,Bərdə,Goranboy,Gəncə,Tovuz,Lənkəran,Beyləqan,Şamaxı,Ağdaş, Sumqayıt,Masallı,Astara,Sabirabad,Mingəçevir,Göyçay,Füzuli,Şəki,İsmayıllı, Qovlar,Siyəzən,Yevlax,Qəbələ,Salyan,Biləsuvar,Qazax ,İmişli və Bərdə filiallarına satış sahəsində Təcrübəçi tələb olunur.
Para BOKT hazır və təcrübəli kadrlara üstünlük verdiyi kimi, təcrübəsi olmayan gəncləri də düşünür və onlar üçün daima əlverişli şərait yaradır. Biz, iş stajı olmayan, lakin ali təhsil ocaqlarını yeni bitirmiş və ya qiyabi təhsil alan gəncləri müvafiq təcrübə proqramına cəlb edirik. Təcrübəçilər təşkilatımızda korporativ mühitə düşərək işgüzar həyatla tanış olur, onlar yeni biliklər, bacarıqlar və təcrübə əldə edirlər.
Təcrübə proqramını uğurla başa vuranlar isə təşkilatımızda işlə təmin olunurlar.
Cəmiyyətimizin gələcəyi olan gəncləri Para BOKT-da karyera imkanlarından faydalanmağa və Para BOKT ailəmizin bir üzvü olmağa dəvət edirik.
Maraqlanan şəxslər Təcrübə proqramı başlığı ilə [email protected] ünvanına CV ilə müraciət edə bilərlər.
İnsan Resursları departamentinin baş mütəxəssisi tələb olunur
Vəzifə öhdəlikləri:
• Təşkilat üzrə potensial işçi mənbələrinin müəyyən edilməsini araşdırmaq;
• Təşkilat tələblərini yerinə yetirmək üçün vaxtında və məhsuldar yolla müvafiq işçilərin cəlb etməsilə bağlı təkliflərin verilməsi;
• Təşkilat üzrə mövcud vakansiyalara tələblərin müəyyən edilməsi, elanların yerləşdirilməsi,işə qəbul üzrə müsahibələrin aparılmasında iştirak;
• Müvafiq vakansiya yarandıqda Banka daxil olan CV-lərin seçilməsi, aidiyyatı departamentlərlə müsahibənin keçirilməsinin təşkil edilməsi;
• İşə qəbul edilən işçilərin eyni zamanda vəzifə dəyişikliyi və işdən azad edilmə prosesslərinin Elektron Hökümət Portalına yığılması;
• Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin, əmək bazarının və işə götürmə agentliklərinin dəyərləndirilməsində iştirak etmək;
• Təşkilatın potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmək;
• Yeni işçilər üçün tanışlıq/oriyentasiya prosesinin, o cümlədən xidməti fəaliyyətin qiymətləndirməsi təhlili standartlarının hazırlanması, inkişaf etdirilməsi və/və ya tətbiq edilməsi;
• Müvafiq dövlət idarələrinə və hesabat verilən təşkilatlara aylıq və illik hesabatın hazırlanmasına birbaşa nəzarətin həyata keçirilməsi;
• Təşkilatın məqsədlərinə nail olmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirmək, iş prossesində ortaya çıxan problemlərinin həllinə kömək göstərmək;
• İşçilərin qiymətləndirmə sistemi KPİ üzrə qiymətləndirilməin keçirilməsi və nəzarət;
• İnsan Resurslarının idarəedilməsilə bağlı təlimatların yazılmasında yaxından iştirak etmək;
• İR idarə edilməsilə əlaqədar məlumatların effektiv və dəqiq təmin və təhlilinə, başqa biznes sistemləri və prosesləri ilə vəhdətin təşkil etməsinə nail olmaq;
Məsuliyyətləri :
• Öz işinin nəticə və effektivliyinə
• Ona həvalə olunmuş vəzifələrin düzgün və vaxtı-vaxtında yerinə yetirilməsinə
• Bankın iş prosessinə mane olan halları aşkar edib qarşısın almasına
• Bankın Daxili İntizam Qaydalarına riayət etmək
CV-ləri İnsan Resursları departamentinin baş mütəxəssisi mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
İnsan Resursları departamentinin direktoru tələb olunur.
Şəxsi keyfiyyətlər:
o Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
o Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
o Hesabatın hazırlanması və yazışma bacarığı;
o Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
o Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
o Ünsiyyət qurabilmə qabiliyyəti;
o Etikalı olmaq;
Peşəkar tələblər:
o Humanitar və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Azərbaycan Respublikasının müvafiq qanunlarını,Əmək Məcəlləsini,Mərkəzi Bankın təlimatlarını bilməsi;
o İnsan Resursları işinin idarəolunması üzrə bacarıqlara malik olması;
o Iki illik yüksək rütbəli vəzifədə qazanılmış təcrübə də daxil olmaqla, bu sahədə bütövlükdə minimum dörd illik təcrübəyə malik olması;
o Departament işlərini planlaşdırma bacarığına malik olması;
Vəzifə öhdəlikləri:
• İnsan Resursları Departamentinin işinin təşkili və idarə edilməsi planlarını və siyasətini inkişaf etdirir;
• Strateji planın hazırlanması və icrası;
• Təşilatın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün kadr tələblərinin müəyyən edilməsi;
• İnsan Resurslarının idarə edilməsilə əlaqəli daxili prosedurların hazırlanması və icrasına nəzarət;
• İR planının hazırlanması və məqsədlərin həyata keçirilməsi üçün İRK-nin yaradılması;
• Təşkilatın tələblərini yerinə yetirmək üçün vaxtında və məhsuldar yolla müvafiq işçiləri cəlb etmək;
• Baza əmək haqqı sisteminin yaradılması;
• İşə götürmə qaydalarının yaradılması, ( işə qəbul CV-lərinin toplanılmasına nəzarət, testlərin hazırlanması, müsahibənin təşkili işə qəbul zamanı əmək kitabçalarının açılmasına və əmək müqaviləsinin bağlanmasına nəzarət);
• İş təhlilinin aparılması və vəzifə təlimatlarının hazırlanması;
• Vəzifələr üzrə əsas iş funksiyalarının müəyyən edilməsi və sənədləşdirilməsi;
• Təşkilatın tələbinə uyğun işə götürmə meyarlarının müəyyən olunması;
• Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin, əmək bazarının qiymətləndirilməsi və işə götürmə agentlikləri ilə əlaqələrin yaradılması;
• Bankı potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmək strategiyanın hazırlanması və icrası;
• Yeni işçilər üçün tanışlıq/oriyentasiya prosesinin, o cümlədən xidməti fəaliyyətin qiymətləndirməsi təhlili standartlarının hazırlanması, inkişaf etdirilməsi və/və ya tətbiq edilməsi;
• Təşkilatın məqsədlərinə nail olmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirmək, iş zamanı çıxan problemlərinin həllinə kömək göstərmək;
• Yüksək göstəriciləri olan işçilərin bankda qalmasını nizamlayan, bankın məqsədlərinə nail olmasını dəstəkləyən və yüksək effektivliyi təmin edən müavinat və mükafatlar sistemini yaratmaq;
• Müvafiq dərəcə və yüksəlmə strukturuna əsasən işçilərin mükafatlandırılması üçün bank üzrə mükafatlandırma proqramlarının yaradılması və həyata keçirilməsi;
• Maliyyə və qeyri-maliyyə meyarlar əsasında həvəsləndirici mükafatlandırma proqramlarının tərtib edilməsi və həyata keçirilməsi;
• Departament nəzdində fəaliyyət göstərən şöbələrin işinə birbaşa nəzarət etmək və cavabdehlik daşımaq;
• İş yerində stimullaşdırma yaratmaq məqsədilə işçilər üçün həvəsləndirici mükafatların müəyyən edilməsi;
• İşdən azad etmə və vəzifə dəyişmənin işçilərə olan neqativ təsirini nəzərə alaraq onun peşəkar, ədalətli və işçiyə və kollektivə mümkün qədər az təsir göstərən idarə olunması ƏM çərçivəsində təmin edilməlidir;
• İR idarə edilməsi ilə əlaqədar informasiyanın effektiv və dəqiq təmin və emal edilməsinə, başqa biznes sistemləri və prosesləri ilə bütövlük təşkil etməsinə nail olma;
• İşçilər üçün Təlimat Kitabçası, Etik davranış Məcəlləsi yazıb həyata keçirir;
CV-ləri İnsan Resursları departamentinin direktoru mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.