Papa John’s Azərbaycan
Rəqəmsal marketinq üzrə mütəxəssis
Son tarix 17 apr 2025 - [email protected]
Tələblər:
- Avtomatlaşdırma, A/B testləri, hədəfli kampaniyalar kimi müxtəlif metodlardan istifadə edərək rəqəmsal marketinq planını effektiv şəkildə planlaşdırmaq, icra etmək və nəzarətdə saxlamaq.
- Google Search, Google Display, Sosial media, YouTube video reklamları, e-poçt və SMS marketinqi ilə əlaqəli bütün rəqəmsal marketinq fəaliyyətlərinə icra etmək.
- Bütün ödənişli reklam fəaliyyətinin planlanmasına və büdcə nəzarətindən məsul olmaq.
- Satışların maksimuma çıxarılması üçün effektiv ödənişli axtarış strategiyalarının formalaşdırılmasına və rəqəmsal marketinq planlarının həyata keçirilməsinə iştirak etmək.
- Müxtəlif PPC kampaniyalarını işə salmaq və optimallaşdırmaq.
- Daha yaxşı ROI əldə etmək üçün büdcəyəi nəzarət etmək və təklifləri uyğunlaşdırmaq.
- Rəqəmsal məlumatları, KPI, performans, nəticələr, və s. kimi ilkin verilənləri təhlil edərək addım atılabiləcək bizness nəticələrə çevirməklə maraqlı tərəflərə təqdim etmək.
- Sosial media büdcəsinin idarəolunması.
- Reklam trendlərini araşdırılması.
- Rəqiblərin rəqəmsal reklam strategiyalarının araşdırılması.
- Rəqəmsal marketinq məzmununu Google My Business səhifələrində paylaşılması
- E-mail və SMS marketinq kampaniyaların icra olunması.
- Rəqəmsal məsələlər, problemlər ilə bağlı sualları həll etmək üçün beynəlxalq ofis ilə əlaqədə olmaq.
- Vebsayt üzərində olan problemləri təyin edib aradan qaldırılması üçün təkliflər etmək.
- Reklamın qəbul olunmasında (reklama reaksiya, effektliyi) trend dəyişiyini göstərən məlumatlara diqqət yetirmək və hədəf kütlənin, potensial müştərilərin reklam görməyini təmin etmək.
- Marketinq menecerin digər tapşırıqlarını icra etmək.
Dərc olunmuş reklamlara nəzarət etmək və ən yaxşı nəticə əldə etmək üçün dəyişikliklər etmək. - Ümumi rəqəmsal sağlamlıqı analiz etmək.
- Sayt trafikini analiz etmək.
- İstifadəmi təcrübəsini (user experience) analiz etmək.
- İstifadəçi səyahətini (user journey) analiz etmək.
- Kampaniyaların effektivliyini analiz etmək.
- Büdcənin effektiv xərclənməsini analiz etmək.
Bacarıqlar
- Azərbaycan dili – səlis, Rus dili və İngilis dili – yaxşı səviyyədə olması.
- Axtarış sistemlərinin alqoritmləri və axtarış optimizasıyasında biliklər.
- Verilənlər analizi və statistik məlumatların təsfir olunma bacarığı.
- Google Ads, Google Analytics və SEO alətləri ilə təcrübənin olması.
- Facebook Ads və Facebook Creator Studio ilə təcrübənin olması.
- İnternetdə məzmunun yerləşdirilməsi bilik və bacarıqları.
- Yüksək şifahi və yazılı kommunikasiya bacarıqları.
- Komanda ilə işləmək qabiliyyəti.
- Güclü analitik biliklər.
- Tapşırıqları düzgün planlaşdırmaq və vaxtında icra etmək bacarığı.
İş Şərtləri
- 5 günlük iş həftəsi;
- İş saatı: 10:00-19:00;
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
- Ə/H: müsahibə əsasında təyin olunacaq;
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” mövzusu altında elekton ünvanına göndərə bilərlər.
Restoranların Tikinti və Təmir Meneceri
Son tarix 17 apr 2025 [email protected]
Tələblər:
- Tikinti, memarlıq və ya əlaqəli sahələrdə ali təhsil.
- Oxşar vəzifədə ən azı 5 il iş təcrübəsi.
- Əla təşkilatçılıq qabiliyyəti və komandanı idarəetmə bacarığı.
- Tikinti layihələrinin maliyyə və təşkilati aspektlərini bilmə.
- Layihə sənədləri və maliyyə hesabatları ilə işləmə bacarığı.
- Əla kommunikasiya və liderlik bacarıqları.
- Azərbaycan, rus və ingilis dillərində peşəkar səviyyədə ünsiyyət bacarığı.
- Restoranların tikinti və təmirində istifadə olunan müasir texnologiya və materiallar haqqında biliklər.
- Layihə idarəetmə sistemləri (məsələn, MS Project, Primavera və ya oxşarları) ilə iş təcrübəsi.
- B kateqoriyalı sürücülük vəsiqəsi.
Öhdəliklər
- Tikinti və təmir işlərinin sıfırdan tamamlana qədər təşkil edilməsi və nəzarət edilməsi.
- Elektrik, santexnika, kondisioner sistemləri, mətbəx avadanlıqlarının qurulması, mebel quraşdırılması və s. üzrə işləri yerinə yetirəcək ustalar, işçilər və podratçıların seçimi və işə qəbul edilməsi.
- İcrası yüksək keyfiyyətli olan işlərin təmin edilməsi, müddətlərə və büdcələrə nəzarət.
- Layihə sənədlərinin hazırlanması və aparılması.
- Layihənin maliyyə aspektlərinin idarə edilməsi, xərclərin hesablanması və nəzarət edilməsi.
- Tikinti sahəsində iş prosesinin təşkili və optimallaşdırılması..
İş Şərtləri
- Azərbaycan Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul.
- Layihələrin məsafədən idarə edilməsi ilə çevik iş qrafiki.
- Mobil rabitə və nəqliyyat xərclərinin ödənilməsi.
- Şirkət hesabına təlim və ixtisasartırma.
- Beynəlxalq restoran şəbəkəsində karyera inkişafı imkanı.
Biz təklif edirik
- Rəqabətqabiliyyətli əmək haqqı.
- Peşəkar inkişaf və irəliləyiş üçün imkanlar.
- Stabil şirkətdə dinamik və maraqlı iş.
- Səmimi kollektiv və komfortlu iş şəraiti.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Restoranların Tikinti və Təmir Meneceri” mövzusu altında elekton ünvanına göndərə bilərlər.
Qrafik dizayner
Son tarix 17 apr 2025 - [email protected]
Tələblər:
- İş təcrübəsi: 2 il
- Verilən tapşırığa kreativ, zövqlü və yaradıcı yanaşması əsasdır.
- Adobe Illustrator, Adobe Photoshop, Adobe After Effects, proqramlarında işləmə bacarığı.
- Sürətli işi qavramaq və komandada işləmək.
- Çevik və işində məsuliyyətli olmaq.
Öhdəliklər
- Marketinq şöbəsinin bütün vizual, qrafik və “motion”, ATL və BTL dizayn materialları, dizayn işlərini hazırlamaq.
- Günlük dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirmək.
Rəhbərlik tərəfindən tapşırılan dizayn işlərinin vaxtında və düzgün təhvil vermək. - Foto məzmunu işləmək, tələb olan düzəlişləri etmək, sosial şəbəkələr və paylaşılacaq platformalara uyğunlaşdırmaq.
- Dizaynlarda brendin qaydalarına riayət etmək.
- Brend mesajını başa düşmək və yaradılan dizaynlarda əks etmək.
- Dizaynlar tam hazır olduqdan sonra kopirayterə yoxlanış üçün ötürmək və düzgünlüyündən (məhsullar, mətnlər və s.) əmin olmaq.
İş Şərtləri
- 5 günlük iş həftəsi;
- İş ssatı 10:00-19:00;
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
- Ə/H namizədin təcrübəsinə əsasən dəyişiləcəkdir;
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Qrafik dizayner” mövzusu altında elekton ünvanına göndərə bilərlər.