Papa John’s Azərbaycan
Logistika, təchizat və satınalma üzrə mütəxəssis
Son tarix 27 iyn 2025 - [email protected]
Tələblər:
- Logistika və satınalma sahəsində 2 il iş təcrübəsi;
 - Gömrük qanunvericiliyindən anlayışlı olmaq;
 - Azərbaycan, Rus dilində sərbəst danışıq, İngilis dili arzu olunandı;
 - Ali təhsil mütləqdir;
 - Güclü ünsiyyət (həm şifahi, həm də yazılı), problem həll etmə və qərar vermək bacarığı;
 - MS Office; (Word, Excel, PowerPoint, Outlook, 1С və s.);
 
Öhdəliklər:
- Malların Gömrükdə rəsmiləşdirilməsi və müvafiq sənədlərin toplamaq;
 - Malların, işlərin və xidmətlərin səmərəli, münasib qiymətə və şəffaf qaydada alışının təmin edilməsini həyata keçirmək;
 - Gündəlik satınalma fəaliyyəti ilə əlaqədar olaraq işlərin idarə edilməsi, istək, tələb və sorğuları aydınlaşdırmaq məqsədilə müştərilərlə daim ünsiyyətdə qalma və məsləhətləşmələrin həyata keçirmək;
 - Elektron maillər vasitəsilə şirkət siyasətinə uyğun qaydada yazışmalar aparmaq və müqavilələrin bağlamaq;
 - Ölkə daxili və ölkə xarici göndərişlərinin rəsmiləşdirilməsində iştirak etmək və dəstək funksiyasını yerinə yetirmək;
 - Məsul şəxslərə gələn yüklər ilə bağlı məlumatları vaxtında çatdırmaq;
 - Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək;
 - Potensial tədərükçilərin aylıq və illik planlara əsasən bazar araşdırılmaları aparmaq;
 - Yük göndərən şirkətdən alınmış sənədləri və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünü yoxlamaq;
 - Yük daşımaların sifarişi, koordinasiyası və lazımı sənədlərin toplamaq.
 
Sertifikatların alınması:
- AQTA – icazələrin alınması üçün onlayn müraciət
 
İş Şərtləri:
- 5 günlük iş günü
 - İş saatı: 10:00-19:00
 - Rabitə xərclərinin şirkət tərəfindən ödənilir
 - İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir
 
Əmək haqqı 1000-1500 azn
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Logistika, təchizat və satınalma üzrə mütəxəssis” mövzusu altında Müraciət Et düyməsində qeyd olunan elekton poçt ünvanına göndərə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







