Padel Club MMC
Marketinq mütəxəssisi (Marketoloq) Adidas Padel Club üçün
Son tarix 20 iyl 2025 - [email protected]
İş şəraiti:
- Yer: Bakı ş.
- İş formatı: Tam iş günü
- Əməkhaqqı: 1000-1500 AZN
Biz kimik?
Biz müasir və dinamik Adidas Padel Courtların Azərbaycanda təchizatı və quraşdırması ilə məşquluq. Məqsədimiz bu idman növünü daha geniş auditoriyaya tanıtmaq, sağlam həyat tərzini təbliğ etmək və klubu yerli icmanın sevimli məkanına çevirməkdir. Axtardığımız insan — yaradıcı ideyaları olan, idmanı sevən və nəticəyə fokuslanan marketinq mütəxəssisidir.
Vəzifələriniz nələr olacaq?
- Klub üçün tam marketinq strateqiyasının hazırlanması və həyata keçirilməsi
- Sosial media hesablarının (Instagram, TikTok, Facebook, Telegram və s.) idarə olunması və inkişafı
- Rəqəmsal reklam kampaniyalarının hazırlanması və idarə edilməsi (Facebook Ads, Google Ads, Instagram reklamları və s.)
- Müxtəlif tədbirlərin təşkili və PR dəstəyi: turnirlər, açıq məşqlər və s.
- Klubla bağlı kontentin hazırlanması: məqalələr, videoçarxlar, postlar və vizual materiallar
- Partnyorlarla əməkdaşlıq, influencer və bloggerlərlə iş
- Müştəri loyallığı proqramlarının yaradılması və təşkili
- CRM bazasının idarə olunması, email və SMS kampaniyalarının təşkili
- Marketinq fəaliyyətlərinin analizi və aylıq hesabatların hazırlanması
Namizəddən gözləntilərimiz:
- Marketinq və ya oxşar sahədə minimum 1–2 il təcrübə
- Rəqəmsal alətlərlə işləmək bacarığı: SMM, reklam platformaları, analitika
- Yaradıcı yanaşma və təşəbbüskar olmaq
- Tədbir planlaşdırılması və təşkilində təcrübə
- Yazılı və vizual kontent hazırlamaq bacarığı
- Komanda ilə işləmə bacarığı və müştəriyönümlü düşüncə tərzi
Üstünlük sayılacaq:
- CRM sistemləri və müştəri bazası ilə işləmək təcrübəsi
- Canva, Figma kimi dizayn alətlərində əsas biliklər
- Sadə video montaj bacarıqları (Reels, Shorts və s.)
- Lokal bazarı tanımaq və yerli auditoriyaya uyğun kontent hazırlamaq bacarığı
Biz sizə nə təklif edirik?
- Maraqlı, inkişafda olan bir idman layihəsində real təsir imkanları
- Rəqabətədavamlı əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi
- Gənc və enerjili komanda
- Ödənişsiz padel oynamaq və tədbirlərdə iştirak imkanı
- Özünü inkişaf etdirmək və irəliləmək üçün açıq imkanlar
- Yaradıcılığınızı reallaşdırmaq və yeni ideyalar təklif etmək imkanı
Müraciət üçün:
CV-nizi və qısa təqdimat məktubunuzu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və ya Whatsapp (+994705959979) vasitəsilə bizimlə əlaqə saxlayın
Əgər marketinq sizin üçün sadəcə iş deyilsə və idman mühitində özünüzü görürsünüzsə — sizi komandamızda görməyə şad olarıq!