Onvolt MMC
Satış üzrə rəhbər
Son tarix 28 noy 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Avtobillərin satışının həyata keçirilməsi
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması (avtomobil sektorunda müştəri bazası olan namizədlərə üstünlük veriləcək);
- Şirkətlərlə korporativ satış üçün danışıqların aparılması;
- Potensial müştərilərin araşdırılması və cəlb olunması;
- Satış hədəflərinə çatmaq üçün strateji planların hazırlanması və həyata keçirilməsi;
- Aylıq və rüblük satış məqsədlərini hazırlamaq və təşviq etmək;
- Ətraflı və dəqiq satış hesabatlarının hazırlanması;
- Bazarda rəqabətin, həmçinin tələb və təklifin qiymətləndirilməsi;
- Cari və yeni məhsullar üzrə satış həcminin və mənfəətin təxmin edilməsi;
- Müştəri loyallığını artırmaq, müştərilərin biznes ehtiyaclarını və məqsədlərini daha yaxşı başa düşmək üçün müştərilərlə mütəmadi əlaqələrin qurulması;
- Satış qiymətlərini müəyyən etmək üçün rəqabətin və tələb və təklifin qiymətləndirilməsi;
- Satış komandasının yeniliklərə hazırlanması üçün satış üzrə təlim proqramının yaradılması və tətbiq edilməsi.
Tələblər:
- Ali təhsil
- İngilis dili və rus dili arzu olunandır;
- Makro və mikro iqtisadiyyat barədə əsas anlayışları;
- Satış sahəsində iş təcrübəsi arzu olunandır;
- Ofis proqramlarında sərbəst işləmə bacarığı;
- Komandanı idarə etmək bacarığı.
İş şəraiti:
- İş yeri: Baş ofis - Onvolt MMC, Ceyhun Hacıbəyli 194
- İş qrafiki: 5/7; saat 10:00-19:00, 6/7 10:00 – 16:00
- Əmək haqqı: 1200 – 2000 AZN (fiks və bonus nəzərdə tutulur).
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.













