OBA marketlər şəbəkəsi
Monitorinq əməkdaşı
Son tarix 18 avq 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Plan üzrə bölünmüş ərazilərdə yerləşən mağazaların mütəmadi olaraq operativ yoxlanılması;
- Mağaza əməkdaşları tərəfindən törədilən hər hansı neqativ halları aşkarlayaraq, birbaşa rəhbərinin təlimatı üzrə tədbirlərin görülməsi;
- Müşahidə kamerası vasitəsi ilə filialda baş verən bütün proseslərin izlənilməsi(inkassasiya və kassa əməliyyatları, mal qəbulu, digər icra olunmalı tədbirlər və s.) ;
- Təhkim olunmuş mağazalarda müəyyən olunmuş yoxlamaların aparılması;
- Ümumi təhlükəsizliyin təmin olunması məqsədilə mağazalarda müşahidə kameralarının görüntülərində aşkar olunmuş kor nöqtələri barədə aidiyyatı struktura məlumat verilməsi;
- Struktur rəhbəri və birbaşa rəhbəri tərəfindən verilmiş yazılı həmçinin şifahi təlimatları xidmət etdiyi obyektlərdə operativ tətbiq edilməsi;
- Korporativ prosedurlar çərçivəsində rəhbərlik tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqların icra edilməsi;
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali ;
- Yaş: 25-40;
- İş təcrübəsi: min.1 il;
- Kompüter bilikləri: MS Office (Excel- sərbəst);
- Ezamiyyə səfərlərinə hazır olmalı;
- Şəxsi avtomobil mütləqdir
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki: 6 günlük
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Monitorinq əməkdaşı" yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.