OBA marketlər şəbəkəsi
İdxal mütəxəssisi
Son tarix 04 yan 2026
Təsvir
- Xarici təchizatçılardan məhsulların idxal prosesini tam şəkildə idarə etmək və mağaza şəbəkəsinin tələbatına uyğun olaraq sifariş planlamasını həyata keçirmək.
- Gömrük brokeri və logistika tərəfdaşları ilə koordinasiya edərək məhsulların vaxtında və problemsiz şəkildə ölkəyə gətirilməsini təmin etmək.
- Xarici təchizatçılarla qiymət, çatdırılma müddəti və öhdəliklər üzrə danışıqlar aparmaq.
- İdxal sənədlərini (Invoice, Packing List, CMR/BL, sertifikatlar) düzgünlüyünə görə yoxlamaq və prosesi nəzarətdə saxlamaq.
- Anbar stoklarının gündəlik monitorinqi, satış sürətinə uyğun stok optimizasiyası və kritik SKU-ların vaxtında yeniləmək.
- Məhsulların son istifadə tarixlərini izləmək, riski olan SKU-lar üzrə satış və kateqoriya komandaları ilə birlikdə endirimç kampaniya və sürətli satış tədbirlərini planlamaq.
- Mağazalarda çeşid mövcudluğunun (availability) təmin edilməsi üçün stok idarəetmə və satış departamentləri ilə sıx əməkdaşlıq etmək.
- İdxal olunan bütün məhsulların keyfiyyət, markirovka və sertifikat tələblərinə uyğunluğunu təmin etmək.
- Logistika gecikmələri, sənəd uyğunsuzluğu və çatışmazlıqlar kimi əməliyyat problemlərinin operativ həll etmək.
Tələblər
- Təhsil : Ali
- Təcrübə : Minumum 1 il ( idxal üzrə arzu olunandı)
- Rus dili üzrə iş səviyyəsində bilik mütləqdir (İngilis dili arzuolunandır)
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı.
- İdxal prosedurları/əməliyyatları prosesləri üzrə bilik.
- FMCG və ya retail sahəsində təcrübə üstünlükdür
- Tədarükçülərlə yazışma və danışıqlar aparmaq bacarığı.
- Detallara diqqət, analitik düşüncə, vaxtında hesabat vermə
- Sürətli tempdə kəndər mühitində işləmək qabiliyyəti
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
İmtiyazlar
- qidalanma
- Ofis şəhərin mərkəzində
- Servislə təmin olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











