OBA marketlər şəbəkəsi
İnzibati işlər üzrə mütəxəssis
Son tarix 09 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təsərrüfat və dəftərxana anbarına nəzarət etmək və lokal ofisləri ləvazimatlarla təmin etmək
- Müvafiq proqram üzərindən sifarişləri həyata keçirmək
- Mağazaların tullantılarının daşınmasına nəzarət etmək və onların ödənişini təqib etmək
- İdarə heyətinin xidməti avtomobillərinin texniki servisə aparılmasını icra etmək
- Ofis ərazisində olan problemlərə nəzarət etmək və bu problemlərin həll edilməsini icra etmək
- Ofisə printer kartriclərini sifariş etmək və şirkət əməkdaşlarını parking kartları ilə təmin etmək
- Ofis təmizliyinə və tabeliyində olan xadimə və fəhlə heyətinin işinə nəzarət etmək
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali
- İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il
- Kompüter bilikləri: MS Office (orta səviyyədə)
- Sürücülük vəsiqəsi: Mütləq (B; BC)
- Ünsiyyətcil, Təşkilatçılıq bacarığı
- Problem həlletmə bacarığı
Əlavə təminatlar:
- Nahar;
- Servis xidməti;
- Korporativ nömrə
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnzibati işlər üzrə mütəxəssis " yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır