Nurgun Holding
Mühasib-operator
Son tarix 14 sen 2023 [email protected]
İş barədə:
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
- Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.
Tələblər:
- Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
- İş təcrübəsi 1 ilə qədər;
- Beynəlxalq mühasibatlıq və maliyyə standartlarını bilməli;
- Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
- Təhlil aparmaq bacarığı;
- İnkişafa meyilli;
- Ciddi, məsuliyyətli, dəqiq olmalı;
- Yaş həddi 27-35 arası (YALNIZ BƏY NAMİZƏDLƏR)
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Mühasib-operator" yazmaqla göndərə bilərlər.
İnsan resursları üzrə mütəxəssis
Son tarix 14 sen 2023 [email protected]
İşin təsviri:
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
- Elektron Hökumət Portalında işə qəbul, işdən azad və vəzifə dəyişikliyinin edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
- Müvafiq proqramda işçilərin məlumatlarının uçotu, dəyişdirilməsi və müxtəlif növ əmrlərin hazırlanması;
- İşçilərin məzuniyyət, ezamiyyə, icazə sənədlərinin, xəstəlik vərəqələri üzrə sənədlərin, protokolların hazırlanması;
Tələblər:
- Təhsil: Bakalavr – (Biznesin idarəedilməsi, İqtisadiyyat, İnsan Resurslarının idarəedilməsi)
- Müvafiq sahə üzrə iş təcrübəsi: 1-2 il
- AR Əmək Məcəlləsini əla səviyyədə bilmək;
- ƏMAS portalında işləmək bacarığı;
- MS Office (Excell, Word, Power Point) kompüter proqramlarını yaxşı səviyyədə bilmək;
- 1C proqramı üzrə biliklər arzuolunandır;
- Yüksək ünsiyyət qurmaq bacarıqları;
- Operativ işləmə bacarığı;
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "İnsan resursları üzrə mütəxəssis" yazmaqla ünvanına göndərə bilərlər.