Novator HRC
Korporativ Satış Meneceri
Son tarix 19 okt 2025 - [email protected]
“Novator HRC” olaraq komandamıza korporativ satış sahəsində təcrübəli menecer axtarırıq! Əgər satış strategiyaları qurmaq, böyük müştəri portfeli ilə işləmək istəyirsinizsə, sizi bizimlə əməkdaşlığa dəvət edirik.
Vəzifələr:
- Şirkətin korporativ satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Mövcud və potensial HoReCa, Səhiyyə, və digər B2B müştərilərlə uzunmüddətli əməkdaşlıqların qurulması;
- Kimyəvi yuyucu vasitələr, dezinfeksiyaedici məhsullar və təmizlik avadanlıqlarının tanıtımı və satışı;
- Satış planlarının icrası və aylıq-həftəlik hesabatların təqdimatı;
- Müştəri məmnuniyyətinin təmin olunması və xidmət səviyyəsinin yüksəldilməsi;
- Yeni məhsulların bazara çıxarılması zamanı marketinq və satış nümayəndələri ilə birgə fəaliyyət göstərmək.
Tələblər:
- Ali təhsil;
- Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir;
- Korporativ satış sahəsində minimum 3 il rəhbər vəzifədə iş təcrübəsi mütləqdir;
- HoReCa sektorunda iş təcrübəsi mütləqdir;
- Təmizlik və gigiyena məhsullarının satışı sahəsində təcrübə üstünlükdür;
- Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı, rus dili biliyi üstünlükdür.
- Satış strategiyalarının hazırlanması, komanda idarəçiliyi və müştəri yönümlü yanaşma bacarıqları;
İş şəraiti və üstünlüklər:
- Rəqabətli əmək haqqı (1500-3000 Azn);
- Yanacaq və ezamiyyə xərcləri qarşılanır;
- Həftədə 1 gün istirahət;
- Şirkət tərəfindən peşəkar inkişaf təlimləri;
- Karyerada yüksəlişi imkanları;
Bizimlə əməkdaşlıq etmək, yeni uğurlar əldə etmək istəyirsinizsə, CV faylınzı mövzu hissəsində “B2B MENECER” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin!