North West
Baş mexanik (minik avtonəqliyyat və ağır texnika)
Son tarix 20 mar 2026
Vəzifə öhdəlikləri:
- Müəssisəyə məxsus bütün nəqliyyat vasitələrinin və texnikanın texniki istismarına ümumi rəhbərlik etmək
- Mexaniklər, ustalar və texniki heyətin işini planlaşdırmaq və koordinasiya etmək
- Texniki xidmət və təmir proseslərinin qrafik üzrə icrasına nəzarət etmək
- Müəssisəyə məxsus bütün nəqliyyat vasitələrinin və texnikanın texniki istismarına ümumi rəhbərlik etmək
- Mexaniklər, ustalar və texniki heyətin işini planlaşdırmaq və koordinasiya etmək
- Texniki xidmət və təmir proseslərinin qrafik üzrə icrasına nəzarət etmək
- Müəssisəyə məxsus bütün nəqliyyat vasitələrinin və texnikanın texniki istismarına ümumi rəhbərlik etmək
- Mexaniklər, ustalar və texniki heyətin işini planlaşdırmaq və koordinasiya etmək
- Texniki xidmət və təmir proseslərinin qrafik üzrə icrasına nəzarət etmək
- Ehtiyat hissələri və sərf materiallarına nəzarət etmək
- Ehtiyat hissələri və sərf materiallarına tələbatı müəyyən etmək
- Anbar qalığına və düzgün istifadəyə nəzarət etmək
- Texniki pasportların və servis jurnallarının aparılmasını təmin etmək
- Təmir və texniki xidmət üzrə hesabatlar hazırlamaq
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək
- Texniki nasaz vəziyyətdə olan nəqliyyat vasitələrinin istismarına yol verməmək
- Yeni alınan nəqliyyat vasitələrinin texniki qəbulunda iştirak etmək
- Texniki nasazlıq və qəza vəziyyətlərində operativ tədbirlər görmək
- Qanunvericiliyə və daxili qaydalara zidd olaraq texniki cəhətdən yararsız nəqliyyat vasitələrinin istismarına icazə verilməsinə yol verməmək
- Rəhbərliyin maşın və mexanizmlər barədə verdiyi tapşırıqlara əməl etmək
Namizədə Tələblər:
- Ali və ya orta texniki təhsil (Avtomobil nəqliyyatı, mexanika, mühəndislik və ya müvafiq sahə üzrə)
- Yük maşınları və ağır texnikaların təmiri sahəsində ən azı 5 il iş təcrübəsi
- Mexaniki nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması sahəsində praktiki bacarıqlar
- Hidravlik, pnevmatik, elektrik və mexaniki sistemlərin iş prinsipini bilmə
- Texniki diaqnostika avadanlıqları ilə işləmək bacarığı
- Texniki sənədlərlə işləmək və texniki hesabatlar hazırlamaq bacarığı
- Komandada işləmək və tabeçiliyində olan işçilərə nəzarət etmək qabiliyyəti
- Ezamiyyətlərə getməkdə və açıq sahədə işləməkdə problem olmamalı
- Təhlükəsizlik qaydalarına ciddi riayət etmək və fərdi mühafizə vasitələrindən istifadə vərdişi
- Məsuliyyətli, operativ və intizamlı olmaq
- Fiziki dayanıqlılıq və texnikaya qarşı diqqətli münasibət
Müraciət etmək üçün CV-nizi [email protected] və ya [email protected] elektron poçt ünvanına “Baş mexanik” qeyd edərək göndərməyinizi xahiş edirəm.
Alət operatoru (Füzuli şəhəri)
Son tarix 21 fev 2026
Vəzifə öhdəlikləri:
- Xəritə mühəndisinin hazırladıği koordinatlı layihələri topografik alətə köçürmək
- Ərazidə istinad şəbəkələrinin qurulması və ölçmələrinin aparılması
- Ərazinin planlama işlərinin doğru yerinə yetirilməsi
- Layihə üzrə oxların düzgün bölünməsi
- Təhkim olunan topoqrafik avadanlıqların saz vəziyyətdə olmasına nəzarət etmək
- Müvəqqəti avadanlıqların quraşdırmaq
Tələblər:
- Tikinti layihələrində müvafiq vəzifə üzrə ən az 2 illik təcrübə;
- Müvafiq təhsil və ya müvafiq sertifikat üstünlükdür
Namizədlərdən CV-ni "Alət operatoru (Füzuli ş.)" mövzusu ilə [email protected] və ya [email protected] elektron poçtuna göndərməyini xahiş olunur.
Xəritə mühəndisi (Füzuli şəhəri)
Son tarix 21 fev 2026
Vəzifə öhdəlikləri:
- Geodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlini və çöl nəzarət cədvəlini tərtib edir;
- Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə layihənin icrası məqsədilə tətbiq ediləcək nöqtələri müəyyən edir;
- Nivelirdən, teodolit və peyk vasitəsi ilə qlobal yerləşmə sistemlərindən (GPS) istifadə etməklə çəkiliş işləri aparılan sahələrdə mühüm nöqtələrin en və uzunluq dairəsini və sərhədlərini müəyyən edir;
- Topoqrafik çəkilişləri və ölçmə nəticələrini, o cümlədən, torpaq və ya torpaq sahələrinin formasını, konturlarını, yerini, hündürlüyünü və ölçülərini qeydə alır;
Vəzifə tələbləri:
- Coğrafiya, geodeziya və kartoqrafiya, xəritəçilik ixtisasında bakalavr və magistr dərəcəsində ali təhsil
- Xəritə mühəndisi kimi minimum 5 il iş təcrübəsi;
- Autocad , Netcad və ya Autodesk 3 d proqramlarda biliklər;
- Topoqrafik təhfil təslim və yoxlanış sənədləşmələri, geodeziya aktlarının hazırlanmasını bilməli;
- Tikinti quraşdırma iş və material həcmlərini hesablamağı bacarmalı
- ArcGIS ,QGis,Erdas,AutoCAD və s texnologiyalarında işləmək qabiliyyəti
- CİS sahəsində minimum 3 il iş təcrübəsi
- Xəritə məlumatlarının strukturunun pozulmaması şərti ilə mılumatların yenilənməsi qabiliyyəti
- Koordinat sistemləri, proyeksiya, datum, geod və məlumat bazaları haqqında biliklərə malik olmalı
Namizədlər öz CV formalarını [email protected] və ya [email protected] elektron ünvanına təqdim etməlidilər. Müraciət məktubunun mövzu hissəsində “Xəritə mühəndisi (Füzuli ş.)” qeyd etməyiniz vacibdir.
Topoqraf (Füzuli şəhəri)
Son tarix 21 fev 2026
Vakansiyanın təsviri
- Tikinti layihələri üçün topoqrafik ölçmələr aparmaq və dəqiq yer koordinatları hazırlamaq.
- İnşaat sahəsində ölçmə avadanlıqlarını düzgün və səmərəli şəkildə istifadə etmək.
- İnşaat mühəndisliyi və layihə rəhbərləri ilə əməkdaşlıq edərək layihə təhlilləri və xəritəçəkmə işlərini həyata keçirmək.
- Topoqrafik məlumatları müxtəlif proqram təminatlarına köçürərək hesabatları hazırlamaq.
- Sahədəki dəyişiklikləri və irəliləyişləri mütəmadi olaraq izləmək və layihə rəhbərliyinə məlumat vermək.
- Yerin təhlili və ölçmələrini yüksək dəqiqliklə həyata keçirmək.
- İstifadə ediləcək texniki qurğularla iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
- Fərqli inşaat layihələrində və müxtəlif ölçülərdə sahələrdə çalışmaq imkanı.
Tələblər
- İnşaat sektorunda topoqrafiya sahəsində ən azı 3 il təcrübə.
- Topoqrafik ölçmələr, xəritəçəkmə və yerin təhlili sahələrində geniş biliklərə sahib olmaq.
- İnvaziv olmayan ölçmə cihazları və müasir texniki alətlər ilə işləmə təcrübəsi (GPS, lazer skanerlər, total stansiyalar və s.).
- İnşaat və topoqrafik məlumatların dəqiq və müasir proqram təminatları ilə işlənməsi (AutoCAD, Civil 3D, Leica, Trimble proqramları və s.).
- Tikinti sahələrində ehtiyatlılıq və düzgünlük prinsipinə əsaslanan ölçmə və monitorinq işləri.
- Tikinti mühəndisləri, layihə rəhbərləri və digər mühəndislik komandasının üzvləri ilə effektiv əməkdaşlıq etmək bacarığı.
- Topoqrafik hesabatların hazırlanması və təqdimatı.
Müraciət etmək üçün: [email protected] və ya [email protected] elektron poçt ünvanlarına mövzu hissəsində “Topoqraf (Füzuli ş.)” qeyd etməklə CV-nizi göndərməyinizi xahiş edirik.
İstehsalat üzrə hesabat mütəxəssisis (beton boru istehsalı)
Son tarix 21 fev 2026
Əsas vəzifə öhdəlikləri:
- Beton boru istehsalı üzrə istehsal planlarının hazırlanması və icrasının nəzarəti;
- Texniki sənədlərin, layihə çertyojlarının və spesifikasiyaların hazırlanması və yoxlanılması;
- İstehsal prosesində istifadə olunan materialların və avadanlıqların hesablanması və optimallaşdırılması;
- İstehsal sahəsi və texniki ofis arasında koordinasiyanın təmin edilməsi;
- Keyfiyyətə nəzarət şöbəsi ilə əməkdaşlıq edərək məhsulların standartlara uyğunluğunun yoxlanılması;
- İstehsal göstəricilərinə dair gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
- Texniki problemlərin analizi və həlli, təkmilləşdirmə təkliflərinin hazırlanması.
Tələb olunan bilik və bacarıqlar:
- Tikinti materialları, xüsusilə beton və dəmir-beton məhsullarının istehsalı üzrə biliklər;
- İstehsalat proseslərini oxumaq və təhlil etmək bacarığı;
- AutoCAD və digər dizayn proqramlarında sərbəst işləmək;
- MS Office proqramları ilə hesabatların hazırlanması bacarığı;
- Güclü analitik düşüncə, problem həll etmə və təşkilatçılıq bacarığı;
- Komandada işləmə və sahə ilə ofis arasında koordinasiyanı təmin etmə bacarığı.
Təhsil və təcrübə:
- Ali təhsil (mühəndislik ixtisasları üzrə – İnşaat, Mexanika və s.);
- Beton boru və ya oxşar istehsal sahəsində minimum 2–3 il iş təcrübəsi;
- İstehsalat sahəsində texniki sənədləşmə və keyfiyyət standartları üzrə biliklər.
İş yeri: Bakı şəhəri, Müşfiqabad qəs.
Bu vəzifəyə müraciət etmək üçün CV-nizi [email protected] və ya [email protected] göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İstehsalat üzrə hesabat mütəxəssisis” mövzu bölməsində göstərin. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.












