Norm OJSC
Avtomobil ustası elektriki
Son tarix 10 fev 2026 - [email protected]
Hazırda şirkətimizə Avtomobil ustası elektriki vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Bakı, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1
Tələblər:
- Orta təhsil;
- Əlaqədar vəzifə üzrə 1 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Ünsiyyət bacarığı;
- MS Office komputer proqramı üzrə bacarıqlar arzuolunandır.
Vəzifə və Öhdəliklər:
- Bütün işlərin Norm ASC-nin Sağlamlıq və Təhlükəsizlik Siyasətinə uyğun yerinə yetirilməsi;
- Forklift, avtomobil, qolfmaşını, yük və yük daşıyıcı maşınlarının bütün elektron sisteminin (akkumulyator, generator, starter, yanma, işıqlandırma, mühafizə, səs siqnalları, xətlər və s.) quruluşunu, iş prinsipləri, onlarda yaranmış problemlərin aradan qaldırılması prinsiplərini bilməli və iş zamanı onlara riayət etməli;
- Müayinə və ya təmir zamanı ayrılmalı (sökülməli) olan detalların xüsusiyyətini bilməli;
- Müayinə və ya təmir üçün tələb olunan alət növləri ilə işləməyi bacarmalı;
- İstifadə etdiyi avadanlıqların iş prinsipini bilməli;
- İstifadə etdiyi alətlərin və avadanlıqların işlək vəziyyətdə olmasına nəzarət etməli;
- Təmir məntəqəsində lazımi alətlərin və ehtiyat hissələrinin mövcudluğuna nəzarət etməli;
- Lazımi olduqda təmir məntəqəsinin digər ustalarına müayinə və təmir zamanı köməklik göstərməli;
- Müayinə və ya təmir zamanı avtonəqliyyat və texnika vasitəsinin cızılmaması, hər hansı zədə almaması və ya çirklənməməsinə ciddi diqqət etməli;
- Ona tapşırılmış işi vaxtında və məsuliyyətlə yerinə yetirməli;
- Nəqliyyat vasitələrində aparılan təmir işləri bitdikdən sonra həmin nəqliyyat vasitəsini idarə edərək yoxlamalı və baş vermiş və ya aşkarlanmış problem və nöqsanları aradan qaldırdıqdan sonra nəqliyyat vasitəsini sahibinə təhvil verməli;
- Məntəqəyə təmir məqsədilə yaxınlaşan avtomobil, avtoyükləyici, golfmaşını, yük qaldırıcı və yük daşıyıcı maşınlarının tam müayinə edilməsi. Aşkar olunan nasazlıqla bağlı birbaşa rəhbərin məlumatlandırılması;
- İş yerinin səliqəli və təmiz saxlanmasına ciddi riayət etməli;
- İstənilən şikayət və anlaşılmazlıq zamanı təmkinli və nəzakətli olmalı;
- İş şəraitindən asılı olaraq mustəqil qərar qəbul etməyi bacarmalı;
- Heyətlə işləməyi bacarmalı;
- İş yerində təhlükəsiz iş şəraitlərinə riayət etməli;
- Daxili intizam qaydalarına riayət etməli;
- Birbaşa rəhbərinin digər şifahi və yazılı xidməti tapşırıqlarını yerinə yetirməlidir.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Dülgər
Son tarix 10 fev 2026 - [email protected]
Hazırda şirkətimizə Dülgər vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Bakı, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1
Tələblər:
- Orta təhsil;
- Əlaqədar vəzifə üzrə 1 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Ünsiyyət bacarığı;
- MS Office komputer proqramı üzrə bacarıqlar arzuolunandır.
Vəzifə və Öhdəliklər:
- Paletlərin qəbulu zamanı keyfiyyətinin yoxlanması;
- Paletlərin təmiri;
- Paletlərin seçilməsi;
- Paletlərin düzgün yığılması;
- Təkrar istifadə olunacaq paletlərin seçilməsi və yoxlanılması;
- Təmir olunan paletlərin qeydiyyatının aparılması;
- Palet anbarına nəzarət, paletlərin paletləmə bölümünə daşınması və nizamlı yığılması;
- Palet və digər materialların avadanlıqlara nizamlı yerləşdirilməsi;
- Dülgərlik üzrə avadanlıqlardan istifadə;
- Paletlemə və ətrafın ümumi təmizliyini təmin edilməsi;
- Yükləmə və boşaltma işini paketləri zədələmədən uyğun şəkildə yerinə yetirilməsi;
- Paketləmə Bölümü ilə əlaqədar digər işlərin yerinə yetirilməsi;
- Ehtiyac olduqda zavodun digər bölümlərində də yükləmə, daşıma və boşaltma işlərinin yerinə yetirilməsi;
- Yükləmə zamanı meydana gələbiləcək yırtılmış paketlərin ayrılması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
SƏTƏM Mütəxəssisi
Son tarix 10 fev 2026 - [email protected]
Hazırda şirkətimizə SƏTƏM Mütəxəssisi vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, ev.7-ci km 1
Tələblər:
- Əməyin mühafizəsi və ya buna bənzər sahədən ali bakalavr təhsili;
- Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
- Davamlı inkişaf;
- Bütövlük;
- Əməyin Mühafizəsi ilə əlaqədar Yerli qanunvericiliyin tələbləri;
- ISO 9001, 14001, 45001 və 50001 standartlarının tələbləri ;
- Ətraf Mühit və Ekologiya ilə əlaqədar qaydalar;
- Sanitariya və Gigiyena qaydaları.
Vəzifə və Öhdəliklər:
- Rəhbərliyin, işçi heyətin və subpodratçıların şirkətin SƏTƏM siyasətindən,qaydalarından xəbərdarlığının təmini üçün təlim və inkişaf proqramlarının təşkili və həyata keçirilməsi;
- SƏTƏM qaydaları ilə əlaqədar qanunvericilik və standartların tələblərini təşkil etmək, tətbiqinə nəzarət etmək;
- Bütün işçilərin, podratçıların və qonaqların SƏTƏM qaydaları ilə tanış edilməsi;
- SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqlərində və müvafiq hesabatın hazırlanmasında iştirak etmək, görüləcək tədbirlərin nəticələrinin izlənilməsi;
- Şirkətdə SƏTƏM fəaliyyətinin aylıq monitorinqi, qiymətləndirilməsi və icmalını təşkil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Baş verən bədbəxt hadisələrin araşdırılması, əlaqədar sənədlərin hazırlanması və əlaqəli dövlət qurumları ilə əməkdaşlıq; Qəza Ehtimalı/Risk/Müşahidə Hesabatları;
- Baş vermiş hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabatın hazırlanması və qəbul edilmiş qərarların icrasının izlənməsi;
- İşə icazə sisteminin tətbiqinin təmin olunması, nəzarəti və izlənməsi;
- Fövqəladə hallar zamanı müvafiq prosedur, təlimatların tələblərinin yerinə yetirilməsini təmin etmək; Fövqəladə hallar ilə əlaqədar təlim təşkil etmək;
- Gündəlik yoxlamalarına aparılmasına nəzarət;
- Yanğın Təhlükəsizliyi ilə əlaqədar tələblərin yerinə yetirilməsini təmin etmək, Yanğın təhlükəsizliyi avadanlıq və alətlərin mütəmadi yoxlanılması;
- Risklərin müəyyən edilməsi və nəzarət məqsədilə işə icazə sisteminin icrasının və risklərin qiymətləndirilməsinin təmin edilməsi;
- Yanğından mühafizə tədbirlərinin təşkili, yanğından mühafizə sistemlərinin işlək vəziyyətinin təmini;
- Fövqəladə hallar planının tərtibi, icrası və fövqaladə hallar komandasının işinə nəzarət;
- İllik təlim planının hazırlanması.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.











