Norm OJSC
Rəqəmsal Marketinq üzrə Kiçik Mütəxəssis (Müvəqqəti əvəzetmə)
Son tarix 30 apr 2026 - [email protected]
Hazırda şirkətimizə Rəqəmsal Marketinq üzrə Kiçik Mütəxəssis (Müvəqqəti əvəzetmə) tələb olunur.
İş yeri: 8 noyabr prospekti, Baku Bay Tower
Tələblər:
- Marketinq, Biznesin İdarəedilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Rəqəmsal Marketinq sahəsində minimum 2 il təcrübə
- Google Ads, Meta Ads və Google Analytics üzrə təcrübə
- SEO, SEM və performans marketinq prinsipləri üzrə biliklər
- Analitik düşüncə qabiliyyəti
- Güclü kommunikasiya və maraqlı tərəflərin idarə olunması bacarıqları
- Eyni anda bir neçə layihəni idarə etmək bacarığı
- Marketinq avtomatlaşdırılması və izləmə alətləri ilə təcrübə üstünlükdür
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Biznes məqsədlərinə uyğun rəqəmsal marketinq strategiyasını icra etmək;
- Rəqəmsal kommunikasiya kanallarını müəyyənləşdirmək və büdcə bölgüsünü optimallaşdırmaq;
- Yeni inkişaf imkanlarını müəyyən etmək və yeni rəqəmsal kommunikasiya kanallarını test etmək;
- Ödənişli kampaniyaları planlamaq, başlatmaq və optimallaşdırmaq (Google, Meta, YouTube və s.);
- Bütün satış kanalları üzrə performansı idarə etmək: təqdimat, konversiya, müştərinin qorunub saxlanması;
- Rəqəmsal ROI-ni maksimuma çatdırmaq və CAC-ni azaltmaq üçün kampaniyaları davamlı optimallaşdırmaq;
- Google Analytics və digər alətlər vasitəsilə kampaniya performansını izləmək və təhlil etmək;
- Konversiya izləmə və istifadəçi kanallarını qurmaq və optimallaşdırmaq;
- A/B testləri və konversiya dərəcəsinin optimallaşdırılması (CRO) təşəbbüslərini həyata keçirmək;
- Rəqəmsal məzmunun və sosial media planlarının hazırlanmasına və icrasına nəzarət etmək;
- Bütün rəqəmsal platformalarda brend mesajlaşmasının ardıcıllığını təmin etmək;
- Onlayn reputasiyanı və istifadəçi əlaqələrini idarə etmək;
- Müntəzəm performans hesabatları hazırlamaq və faydalı nəticələr təqdim etmək;
- Büdcə istifadəsini və kampaniya effektivliyini izləmək;
- Daxili tərəfdaşlar və xarici agentliklərlə əməkdaşlıq etmək;
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
- Könüllü tibbi siğorta
- Nəqliyyat
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.














