Norm OJSC
Debitor Hesablar üzrə Mühasib
Son tarix 18 dek 2024 - [email protected]
İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi.
- Mühasibatlıq üzrə diplom
- Mühasibatlıq üzrə üzrə 2 ildən artıq iş təcrübəsi
- İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək
- Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq
- ACCA, CIMA, CPA sertifikatları üzrə göstəricilərin olması üstünlükdür
- SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır
Vəzifə və Öhdəliklər:
- Ödəniş və digər gəlir hesablarının adekvat şəkildə idarə olunması, habelə dəqiq surətdə və vaxtında başa çatdırılması üçün əməliyyatların uçotunun aparılması, hesabların təhlili və əsas hesabların tutuşdurulmasının təmin edilməsinə cavabdehlik
- Müştəri/təchizatçı arasında baş verən mübahisələr, hesab və qalıqların təhlili, proses və ya sistemlə bağlı məsələlər və s. meydana çıxan müxtəlif problemlərin həllinə köməklik etməklə departament rəhbərliyinə dəstək verir
- Müştəri hesab-fakturalarının sistemə daxil edilməsi, satış hesabatı və satışla bağlı vergilər
- Bütün müştəri hesab-fakturalarının və ödənişlərinin ERP sistemində düzgün kodlaşdırılmasının təmin edilməsi
- Müştəri ödənişlərinin qeydiyyata alınması və təşkili
- Müştəri suallarının cavablandırılması
- Müştəri müraciətlərinə baxılması və lazım gələrsə hesablardakı uyğunsuzluqların aradan qaldırılması
- Debitor borclar və müştəri xidmətləri ilə bağlı bütün məsələlərin müəyyən edilməsi, təhlili, üzləşmələrin aparılması və idarə olunması
- Pul vəsaitlərinin dəqiqliyinin və satışla bağlı uyğunlaşdırmaların vaxtında yerinə yetirilməsinin təmin olunması
- Departamentdə yeni və möcud siyasətlər və prosedurlara riayət olunması və dəstəklənməsi
- Ayın sonunda mühasibat uçotu hesablarının bağlanmasına və maliyyə hesabatlarının tamamlanmasına dəstək
- Lazım gələrsə mühasibatlıqla bağlı digər layihələrin dəstəklənməsi
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 2 Dekabr 2024-cü il
Hesabatlar üzrə baş mütəxəssis
Son tarix 03 dek 2024 - [email protected]
İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi
- Müvafiq sahə üzrə 4 ildən artıq iş təcrübəsi
- İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək
- Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq
- CFA, ACCA, CIMA, CPA və ya buna oxşar sertifikatları üzrə göstəricilərin olması
- SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır
- Audit sahəsində təcrübəyə üstünlük verilir
Vəzifə və Öhdəliklər:
- Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun olaraq yarımillik və illik maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik edib müvafiq qeydlərin vaxtında və düzgün təqdim olunmasını təmin etmək
- Aylıq, rüblük və illik idarəetmə hesabatlarını hazırlamaq, müxtəlif maliyyə təhlillərini aparın və nəticələri təqdim etmək. IFRS və daxili siyasətlərə uyğun olaraq mütəmadi hesabatları vaxtında təqdim edilməsi.
- Mövcud və yeni IFRS standartlarını araşdıraraq onların təsirlərini müəyyən edib uyğun təkliflər irəli sürmək.
- Xarici auditorlarla əməkdaşlıq edərək illik audit prosesində maliyyə məlumatlarının təqdimatına və koordinasiyasına rəhbərlik etmək.
- Audit üçün tələb olunan hesabatların, təhlillərin və dəstəkləyici sənədlərin dəqiqliyini təmin edib, müəyyən edilmiş müddətlərə uyğun olaraq illik auditin yekunlaşdırılmasını idarə etmək.
- Audit tövsiyələrini təhlil edilməsi, fərqləri müəyyənləşdirib onların həlli üçün tədbirlər tövsiyə etmək.
- İllik büdcənin hazırlanmasında büdcə üzrə mütəxəssislə əməkdaşlıq etmək, faktiki və büdcə xərclərini müqayisə edərək izahatlar təqdim edilməsi və xərclərin optimallaşdırılması yollarını müəyyənləşdirmək.
- İstehsal xərcləri, həmçinin xərclərin dəyişmə səbəblərinin araşdırılmasında müvafiq bölmələrlə əməkdaşlıq etmək.
- İstehsal, satınalma, satış və inventar komandaları ilə əməkdaşlıq edərək maliyyə hesabatları üçün məlumat toplamaq və doğruluğunu təmin etmək.
- Dövri inventar sayımları, uyğunluq yoxlamaları və inventar dəyər düzəlişlərinə nəzarət etmək, köhnəlmə risklərini təhlili.
- Maliyyə siyasətləri və daxili nəzarət sistemlərinin hazırlanması və tətbiqinə töhfə vermək.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 2 Dekabr 2024-cü il
Vergilər üzrə kiçik mütəxəssis
Son tarix 18 dek 2024 - [email protected]
İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil
- Azərbaycan Respublikası Vergi Məcəlləsi üzrə biliklər
- Vergi elektron baza sistemi ilə bağlı biliklər
- Vergilərlə bağlı əlaqədar sahə üzrə 2 ildən artıq iş təcrübəsi
- İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək
- Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq
- SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır
Vəzifə və Öhdəliklər:
- Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
- Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
- Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi.
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması
- Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi
- Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması.
- Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması.
- Təxirə salınmış vergilərin hesablanması
- Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi
- Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət.
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 2 Dekabr 2024-cü il