Norm OJSC
İnzibati Xidmətlər üzrə Məmur
Son tarix 01 noy 2024 - [email protected]
İş yeri: Qarabağ
Tələblər:
- Əlaqədar sahə üzrə ali təhsil
- Müvafiq sahədə 3 il təcrübə
- İngilis dilini orta səviyyədə bilmək
- Müayinə və ya təmir üçün tələb olunan alət növlərini tanımaq
- Avtomobillərin iş prinsipini bilmək
Əsas vəzifə və öhdəliklər:
- Şirkətə məxsus avtomobillərin və texnikaların yanacaqla təminatı
- Yeməkxanada işçilərin aylıq siyahısını hazırlayıb, hesablanıb, nəzarət edilməsi
- Sanitar qovşaqlarının işlək vəziyyətdə olmasına nəzarət etmək
- Tələb olunan mallar üçün sorğu yaradılması, rezervasiyaların, bildirişlərin açılması və idarə edilməsi
- Tələb olunan miqdarda zavod ərazisinə suyun sifarişi, ərazidə yığılan tullantıların daşınması
- Nəqliyyatın idarə edilməsi, sənədlərin çatdırılması və nəqliyyatla bağlı digər fəaliyyətlər
- Ofis və zavod ərazisinin təmizlik işlərinin təşkili
- Binada və ərazidə sıradan çıxmış hissələrin sifarişi
- Zavod ərazisindəki ofisə sifariş olunan malların siyahı ilə qəbul edib yoxlanması
- Sıradan çıxmış simsiz rabitə vasitəsinin servisə göndərilməsi və qeydiyyatının aparılması
- Avtomobillər üçün buraxılış kartlarının, icazə kartlarının hazırlanması
- Avtomobillərdən istifadə üçün etibarnamələrin hazırlanması və izlənməsi
- Şirkətə məxsus avtomobillərin servislərinin mütəmadi izlənməsi, qeydiyyata alınması və həyata keçirilməsi
- İnzibati işlər bölməsinin sənədləşmə işlərinin həyata keçirilməsi
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
- SƏTƏM qaydalarına əməl olunmayan işlərin dayandırılması
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 31.10.2024
Betonun daşınması və nəqli (pompalanması) ilə bağlı nəqliyyat eksperti
Son tarix 15 noy 2024 - [email protected]
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5,3 min ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
İş yeri: Qarabağ
Tələblər:
- Nəqliyyat və ya iqtisadiyyat üzrə ali bakalavr təhsili
- Müvafiq sahədə 3 il təcrübə
- İngilis dilini orta səviyyədə bilmək
- Logistika, nəqliyyatın təşkili və idarəolunması sahəsində təcrübə
- MS Office və SAP üzrə işləmə bacarığı
Əsas vəzifə və öhdəliklər:
- Beton daşımalarının planlaşdırılması və praqnozlaşdırılması
- İstehsal planına əsasən beton daşımalarına nəzarət edilməsi
- Beton daşınmalarına və nəqliyyat prosesi fəaliyyətinə nəzarət etmək
- Betonu qəbul edən şirkətlərlə əlaqə saxlamaq
- GPS xidməti göstərən şirkətlərlə əlaqə saxlamaq
- Betonun daşınması və GPS məlumatları əsasında hesabatların hazırlanması
- Ehtiyac olduqda yükdaşıyan şirkətlərdən avtomikser və pompanın təşkil edilməsi
- Yükdaşıyan şirkətlərin mütəmadi təftişi
- Dispetçerlərin, tərəzi operatorlarının, avtomikser sürücülərinin və pompa operatorlarının fəaliyyətinə nəzarət
- Dispetçerlərə, tərəzi operatorlarına, avtomikser sürücülərinə, pompa operatorlarına təlimlərin keçirilməsi
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar
- Betonun daşınma və nəqli ilə bağlı müştəri şikayətlərinə həll yollarının verilməsini təmin etmək
- SƏTƏM-lə bağlı müxtəlif tədbirlərin təşkilinə nəzarət edilməsi
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 31.10.2024