Norm OJSC
Tikinti materialları departamentinin rəhbəri
Son tarix 11 dek 2023 - [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günlər iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var.)
Tələblər:
- Biznesin idarə edilməsi, mühəndislik və ya müvafiq əlaqədar sahə üzrə magistr təhsili,
- Ən az 5 il rəhbər vəzifədə olmaqla, tikinti materialları sənayesində 10 ildən çox təcrübə,
- İngilis və azərbaycan dillərini yüksək səviyyədə bilmək; Rus və türk dilləri biliyi üstünlükdür.
- Güclü strateji liderlik və biznesin inkişafına nail olmaq bacarıqları,
- Yüksək səviyyədə maliyyə bilikləri və büdcə idarəetmə bacarığı və təcrübəsi,
- Yüksək səviyyədə ünsiyyət bacarığı,
- Data əsaslı qərarların qəbulu üçün analitik düşüncə,
- Tikinti materialları sektorunda innovasiya və texnologiyanın tətbiqi üzrə bilik və bacarıqlar,
- Tənzimləyici normativləri nəzərə almaq və uyğunluq təmin etmək bacarığı,
- Sıfırdan yeni bizneslərin yaradılması və inkişaf etdirilməsi sahəsi üzrə bilik və təcrübənin olması,
- İzolyasiya materialı, zavod şəraitində hazırlanmış yığma beton, məsaməli beton və quru qarışıqlar kimi qeyri-sement və sementlə əlaqəli tikinti materialları üzrə biliklər və təcrübə arzuolunandır.
Vəzifə və öhdəliklər:
- Fərqli departamentlərlə birlikdə strategiyanın hazırlanması və həyata keçirilməsi, biznesin inkişafı və xərclərin azaldılmasına yönəlmiş mühüm layihələri planlaşdırmaq və onlara nəzarət etmək;
- Şirkətin ümumi məqsədlərinə uyğun olaraq, tikinti materialları departamenti üçün strateji baxışı işləyib hazırlamaq və həyata keçirmək;
- Tikinti materialları sektorunda biznesin inkişafına, genişlənməsinə, diversifikasiyasına və böyüməsinə təkan vermək;
- Əməkdaşlığın və innovasiyanın təşviqi ilə layihələrin idarəolunmasına və əməliyyatlar üzrə komandaya rəhbərlik etmək; Peşəkar inkişafa və vəzifələrin ötürülməsi strategiyasını rəhbər tutmaqla, komanda üzvlərinə mentorluq etmək və məsləhətlər vermək;
- Tikinti materialları sənayesində tendensiyaları, imkanları və problemləri müəyyən etmək üçün hərtərəfli bazar təhlilləri aparmaq;
- Şirkətin effektiv bazar mövqeyini, fərqləndirilməsini təmin etmək, bazar yanaşmalarını uğurlu idarə və tətbiq etmək yolu ilə şirkəti sektorda lider kimi mövqeləndirmək;
- Tikinti materialları şöbəsinin maliyyə imkanlarının davamlılığını təmin etmək üçün maliyyə strategiyaları hazırlamaq və həyata keçirmək;
- Büdcənin tərtibinə, maliyyə proqnozlaşdırılmasına və resursların bölüşdürülməsinə nəzarət etmək;
- Təchizatçılar, distribüterlər, müştərilər və əlaqədar qurumlar da daxil olmaqla, əsas maraqlı tərəflərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Departamentin fəaliyyətinin strateji istiqamətlərinin kommunikasiya olunması üçün daxili və xarici maraqlı tərəflərlə effektiv şəkildə ünsiyyət qurmaq;
- Sahə ilə əlaqədar yeni texnologiyaları, dayanıqlı təcrübələri və məhsul innovasiyalarını tədqiq edərək, tikinti materialları departamentində innovasiyaları təşviq etmək;
- Sənaye tendensiyalarından və yeniliklərdən xəbərdar olmaq;
- Tikinti materialları sektorunun inkişafı daxil olmaqla, risklərin qiymətləndirilməsini və azaldılmasını, həmçinin, normativ standartlara uyğunluğunun təmin etmək;
- Risklərin effektiv idarəedilməsi strategiyalarını həyata keçirmək;
- Tikinti materialları departamentinin fəaliyyəti və strateji istiqamətləri haqqında mütəmadi olaraq yeniliklər təqdim etməklə, direktorlar şurası ilə əlaqələr qurmaq;
- Strateji planları və təklifləri təsdiq üçün müvafiq şuraya təqdim etmək;
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 10.12.23