Natuzzi mağazası
Satış təmsilçisi
Son tarix 24 noy 2023 - [email protected]
Tələblər:
- Yaş həddi: 25-40
- İş stajı: Mebel və geyim sahəsində 1-3 il
- Rus dili əla, ingilis dili arzuolunandır
- Ofis proqramlarını bilmək
Vəzifələr:
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və düzgün məlumat vermək
- Sistemə uyğun qiymət təklifini hazırlamaq
- Müştəri məhsulları təslim alanadək düzgün xidmət göstərmək
- Satışdan sonra müştərinin sifarişini təqib etmək
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək
- Kollektivdə mehriban və məsuliyyətli olmaq, komanda işi nümayiş etdirmək
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
İş şəraiti:
- Müqavilə: AR Əmək məcəlləsinə əsasən sənədləşmə
- İş saatı: 10:00-20:00
- Maaş: 800 - 1000 AZN + bonus, 1000 - 1500 AZN + bonus (Mebel sahəsində təcrübəsi olanlara)
- İş rejimi: Tam iş günü (6 gün)
- Nahar şirkət tərəfindən verilir.