My Group Holding MMC
Aparıcı qrafik dizayner
Son tarix 20 dek 2025 -
Vəzifə öhdəlikləri:
- Brendin dizayn strategiyasının formalaşdırılması və vizual istiqamətin idarə olunması
- Sosial şəbəkələr üçün yüksək səviyyəli kreativ kontent və animasiyalı materialların hazırlanması
- Digital kampaniyalar, saytlar və açılış səhifələri üçün premium keyfiyyətli banner və vizualların hazırlanması
- Çap məhsullarının (afişa, flayer, vizitkart, qablaşdırma və s.) konseptdən finala qədər hazırlanması və keyfiyyətə nəzarət
- Brendbukların yaradılması, yenilənməsi və dizayn standartlarının qorunması
- Kreativ komandanı yönləndirmək, junior dizaynerlərə mentorluq etmək
- Marketinq, SMM və məhsul komandaları ilə birlikdə kampaniyalar üçün kompleks vizual həllər təklif etmək
- Birdən çox layihəni paralel şəkildə idarə etmək, dizayn proseslərini optimallaşdırmaq
Tələb olunan bacarıqlar:
- Qrafik dizayn, vizual kommunikasiya və ya əlaqəli sahədə bakalavr dərəcəsi (üstünlükdür)
- Qrafik dizayn sahəsində minimum 5 il peşəkar təcrübə
- Adobe Photoshop, Illustrator, InDesign proqramlarında mükəmməl səviyyə
- After Effects, Figma və ya digər animasiya/digital dizayn alətlərində təcrübə
- Brendinq, kampaniya dizaynı, kompozisiya, rəng nəzəriyyəsi və typoqrafiya üzrə yüksək bilik
- Sosial media, digital reklam və müasir dizayn trendlərinə hakim olmaq
- Kreativ düşüncə, problem həll etmə bacarığı və dizayn ideyalarını əsaslandırmaq bacarığı
- Komanda idarəetmə və junior dizaynerlərlə işləmə təcrübəsi
- Yüksək məsuliyyət, detallara diqqət və qısa zaman çərçivələrində keyfiyyətli iş görmək
İş saatları və əmək şərtləri:
- Əmək haqqı: 1200–1500 AZN (təcrübədən asılı olaraq)
- İş qrafiki: I–V günlər (09:00–18:00); Şənbə və bazar istirahət günləri
- İş yeri: H. Əliyev pr.152, Çinar Plaza
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsində “Aparıcı qrafik dizayner” qeyd etməklə göndərə bilərlər.











