Muradoğlu İnşaat
Mühasib
Son tarix 27 mar 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş təcrübəsi: 1-3 il
- Əmək haqqı: 500-1000 AZN (təcrübə və bacarıqlara görə müəyyən olunacaq)
- İş qrafiki: 6 günlük (09:00 – 18:00)
Vəzifə öhdəlikləri:
- MS Office proqramları və 1C 8.1 mühasibatlıq proqramından istifadə etmə bacarığı
- E-taxes.gov.az portallarından istifadə etmə bacarığı
- E-qaimələrin yazılması
- Ödənişlərə nəzarətin edilməsi
- Müqavilələrin, hesab-fakturaların, aktların, qiymət razılaşma protokollarının, təhvil- təslim aktlarının tərtibi
- Aylıq kreditor və debitor borcların ödənilməsinə mütəmadi nəzarət və hesabatların hazırlanması
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək.
- Anbardan çıxan mallara elektron qaimə və hesab fakturalarının yazılması.
Namizədə tələblər:
- Əla səviyyədə azərbaycan dili;
- Təhsil: Ali (Maliyyə və ya mühasibatlıq sahəsi üzrə)
- MS Office və 1C proqramlarında işləmək bacarığı
- Tikinti materiallırın topdan satışı sahəsində mühasibatlıq üzrə minimum 1-3 il təcrübə;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli.
- Düzgün nitq qabiliyyəti , müştərilər ilə peşəkar kommunikasiya bacarıqları;
- Kollektivlə işləməyi bacarığı;
- Dürüstlük, dəqiqlik və məsuliyyətlilik ;
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını e-mail ünvanına mövzu yerində “Mühasib” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.