Mühəndislik Tikinti - Təchizat QSC
Vergi uçotu üzrə mühasib
Son tarix 06 mar 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Vergilərin müvafiq qaydada hesablanmasını təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
- Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin, maya dəyəri uçotunun, anbar əməliyyatlarının və digər baş kitab əməliyyatlarının tam və dəqiq olmasının, müvafiq qanun və qaydalara, eləcədə beynəlxalq və daxili mühasibatlıq standartlarına uyğun olmasının təmin edilməsi və nəzarətdə saxlanılması;
- Vergilərin hesablanması, mənfəət vergisi, muzdlu işlə bağlı vergilər, gəlir vergisi, ƏDV, əmlak vergisi, ödəmə mənbəyində tutulan vergilər, sosial ayırmalar və s. kimi bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
- E-qaimələrin vergi portalında hazırlaması
- ƏDV uçotunun dəqiq aparılması və ƏDV əvəzləşmələrinin icra edilməsi;
- Əsas vəsaitlərin uçotunun apraılmasının təşkili;
- Vergi uçotu ilə bağlı fəaliyyətlərin, vergi məqsədli maliyyə hesabatlarının hazırlanıb təqdim edilməsini təmin etmək və nəzarətdə saxlamaq;
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
- Gömrük bəyannamələrinin yoxlanması, izlənməsi və emal edilməsi;
- Vergi hesablamalarının və ödəmələrinin şəxsi vərəqə ilə üzləşdirilməsi;
- Təxirə salınmış vergilərin hesablanması;
- Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi;
- Şirkətin vergi və mühasibatlıq prosedurlarında səmərəliliyin artırılması üçün təkliflərin hazırlanması və onları tətbiqi;
- Mühasibatlıq və vergi qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və müvafiq olaraq şirkətin vergi uçotunun tənzimlənməsi;
- Maliyyə direktorunun verdiyi digər əlavə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi;
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatının aparılması.
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 3-5 il
- Kompüter bacarığı: MS Office, 1C Proqramının 8.3 konfiqurasiyasında işləmə bacarığı
İş şəraiti:
- 6 günlük iş həftəsi
- İş vaxtı: həftə içi 5 gün 09:00 - 18:00, 6 cı gün 10:00-14:00
- Əmək haqqı: 1500-2000 AZN
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Vergi uçotu üzrə mühasib” qeyd etməklə göndərə bilərlər.











