MOON GROUP AZ MMC
Mühasib
Son tarix 01 sen 2025 - [email protected]
İş barədə:
- Müəssisədə yerinə yetirilən təsərrüfat əməliyyatlarının 1C (8.3) mühasibat proqramına işlənməsi;
- İşçilərə aylıq əmək haqqının, əmək məzuniyyətinin, xəstəlik müavinətinin, analıq məzuniyyətinin hesablanması;
- Elektron-qaimə fakturaların hazırlanması və göndərilməsi;
- Debitor və kreditor borclar haqqında hesabatların tərtibatı və ödənişlərin izlənməsi;
- İnternet banking ilə işləmə bacarığı, daxili və xarici ödənişlərin edilməsi;
- BTB proqramında vergi hesabatlarının ilkin tərtib olunması;
- Aylıq maliyyə hesabatlarının tərtib olunması və aidiyyatı üzrə təqdim olunması;
İş şəraiti
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-18:00, Nahar fasiləsi-13:00-14:00
- Əmək haqqı: 800 - 1000 AZN
- İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir.
- Şirkət mətbəə, promo və reklam məhsullarının hazırlanması sahəsində fəaliyyət göstərir.
- Ünvan: Nəsimi rayonu, Hüseynbala Əliyev 117B, 117C
Namizədə dair tələblər:
- Yalnız xanım namizədlər;
- Yaş həddi: 23-40;
- Mühasibatlıq sahəsində 1-3 il iş təcrübəsi;
- Ali təhsil;
- Vergi və digər maliyyə qanunvericiliyi barədə baza biliklər;
- Hökümət portallarında işləmək bacarığı;
- MS Office proqramları, xüsusilə Excel, və mühasibat proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə və detallara diqqət;
- Dəqiq və məsuliyyətli yanaşma.
Qeyd: Şəkilli "CV"-nizi mövzu yerinə "Mühasib" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.