MicroTech LLC
Satış üzrə menecer
Son tarix 01 yan 2026 - [email protected]
İş şəraiti
- İş yeri: Çinar Plaza, Bakı
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
- Əmək haqqı: 2000 AZN
Vəzifə öhdəlikləri:
- İT məhsul və xidmətlərinin satışını artırmaq üçün satış strategiyalarının hazırlanması və həyata keçirilməsi
- Potensial korporativ müştərilərin müəyyən edilməsi, onlarla uzunmüddətli biznes əlaqələrinin qurulması və idarə edilməsi
- Müştərilərlə görüşlərin, təqdimatların və danışıqların aparılması
- Satış təklifləri, kommersiya təklifləri və kommersiya qiymət təkliflərinin hazırlanması və idarə olunması
- Müştəri tələblərinə uyğun olaraq texniki və marketinq komandaları ilə əməkdaşlıq etmək
- Satış planlarını icra etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək
- İT sektorunda bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini izləmək
Tələblər:
- Biznes, Marketinq, İT və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
- Satış sahəsində minimum 2 il iş təcrübəsi (İT sahəsində təcrübə üstünlükdür)
- İT həlləri, proqram təminatı və ya avadanlıq satışları barədə yaxşı anlayış
- Güclü danışıqlar aparma, ünsiyyət və təqdimat bacarıqları
- Nəticəyönümlü, təşəbbüskar və motivasiyalı iş yanaşması
- MS Office və CRM sistemlərindən sərbəst istifadə bacarığı
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq
- İT sahəsində mövcud müştəri bazasının olması üstünlükdür
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.











