Matanat A
Hüquq şöbəsinin müdiri
Son tarix 24 fev 2024 - [email protected]
İşin təsviri:
- Şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;
- Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
- Mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;
- Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;
- Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;
- Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;
- Məhkəmə və icraat işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;
- Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı daxili qaydalarının hazırlanması;
- Şirkət rəhbərliyinə hesabatların verilməsi
Tələblər:
- Təhsil: Ali (hüquq sahəsi üzrə)
- Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi
Tələb olunan bacarıqlar:
- Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan və İngilis dili (Rus dili arzuolunandır)
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
- İş yeri - Luxen Plaza
- Nahar şirkət tərəfindən verilir.
- Korporativ nömrə verilir
- Maaş müsahibə əsasında təyin olunacaq
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin və ya Vakansiyalar | Glorri | İş Elanları linkına daxil olub qeydiyyatdan kenin.