Metak
Daxili audit üzrə baş mütəxəssis
Son tarix 27 fev 2026 - Müraciət et
İş şəraiti
- Əmək haqqı - Danışıq əsasında
- İş yeri Bakı - Dərnəgül
İşin təsviri
- Şirkətin fəaliyyətində daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsi və təkmilləşdirilməsi;
- Risklərin müəyyən edilməsi, təhlili və risklərin azaldılması üzrə tövsiyələrin hazırlanması;
- Audit planına uyğun olaraq daxili auditlərin aparılması və hesabatların hazırlanması;
- Normativ sənədlərə, daxili qaydalara və prosedurlara əməl olunmasına nəzarət;
- İdarəetmə orqanlarına müvafiq rəy və tövsiyələrin təqdim olunması.
Tələblər
- Ali təhsil (maliyyə, audit, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə);
- Minimum 3 il daxili audit və ya əlaqəli sahədə iş təcrübəsi;
- Müvafiq qanunvericilik və beynəlxalq audit standartları barədə biliklər;
- Güclü analitik düşüncə, detallara diqqət və hesabat hazırlama bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Peşəkar sertifikatların (CIA, ACCA, CPA və s.) mövcudluğu üstünlükdür.
- Azərbaycan, ingilis və rus dillərində səlis yazı və danışıq qabiliyyəti.
İş şərtləri
- İş şərtləri
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Daxili audit şöbəsinin rəhbəri
Son tarix 27 fev 2026 Müraciət et
İşin təsviri
- Müəssisənin daxili audit siyasətini və strategiyasını formalaşdırmaq, illik audit planlarını hazırlamaq və icrasına rəhbərlik etmək;
- Daxili nəzarət sistemlərinin effektivliyini qiymətləndirmək və təkmilləşdirilməsinə dair tövsiyələr vermək;
- Audit yoxlamaları əsasında risklərin qiymətləndirilməsi və idarə olunması proseslərini təşkil etmək;
- Qanunvericiliyə uyğunluğu təmin etmək məqsədilə prosedur və siyasətlərin təhlilini aparmaq;
- Maliyyə və əməliyyat fəaliyyətinin səmərəliliyini artırmaq üçün təkliflər hazırlamaq və rəhbərliyə hesabat vermək;
- Daxili audit komandasının idarə olunması, fəaliyyətinin qiymətləndirilməsi və inkişaf etdirilməsi;
- Rəhbərliyin tapşırığı ilə xüsusi audit yoxlamalarının keçirilməsi.
Tələblər
- Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya hüquq sahəsində);
- Daxili audit sahəsində minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının qanunvericiliyini və beynəlxalq audit standartlarını (IIA, IFRS və s.) yaxşı bilmək;
- Risklərin idarə olunması və nəzarət sistemləri barədə biliklər;
- Güclü analitik düşüncə, problemləri aşkar etmə və həll etmə bacarığı;
- Yüksək səviyyədə təqdimat və hesabat hazırlama qabiliyyəti;
- Komandaya liderlik etmə və qərarvermə bacarığı;
- MS Office proqramlarını və audit proqram təminatlarını yaxşı bilmək;
- CIA, CFE, CPA, ACCA və ya digər tanınmış sertifikatların birinə sahib olmalı;
- Azərbaycan, ingilis və rus dillərində səlis yazı və danışıq qabiliyyəti.
İş şərtləri
- Peşəkar iş mühiti;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Nəqliyyat xidmətləri və nahar.
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər.











