Meqa Sığorta ASC
Kiçik mühasib
Son tarix 07 may 2026 - [email protected]
Struktur bölmə: Mühasibatlıq şöbəsi
Tələblər:
- Təhsil: Ali (Mühasibatlıq və Maliyyə ixtisası);
- Təcrübə: Tələb olunmur;
- Üstünlükdür: Maliyyə üzrə beynəlxalq sertifikatlar (ACCA);
- Biliklər: Vergi Məcəlləsi və Milli Mühasibat Uçotu Standartları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (minimum B2 səviyyəsi);
- Kompüter bacarıqları: MS Word və MS Excel-də sərbəst işləmə bacarığı, elektron portallardan istifadə qabiliyyəti;
- Şəxsi keyfiyyətlər: Dəqiq, məsuliyyətli, operativ, təmkinli, analitik düşüncəli, yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları olan namizədlər.
Əsas vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədlərin işlənməsi;
- Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi;
- Müştərilərlə üzləşmələrin aparılması və müvafiq aktların bağlanması;
- Bank hesabları üzrə uyğun müxabirləşmələrin verilməsi;
- Əsas vəsaitlərin və inventarizasiya uçotunun aparılması;
- Xəstəlik vərəqələrinin hesablanması və ezamiyyələrin hazırlanması;
- Vəzifə təlimatına uyğun digər mühasibatlıq işlərinin icrası.
Əmək şəraiti və imtiyazlar:
- Əmək haqqı: vergilər daxil 500-700 manat arası;
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 17:45, cümə günü 17:00-dək);
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19a.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı;
- Tibbi sığorta təminatı;
- Push30;az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Müraciət qaydası: Mövzu bölməsində “Kiçik mühasib” qeyd etməklə CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.













