Meqa Həyat Sığorta
Əməliyyatçı
Son tarix 08 fev 2026 - [email protected]
“Meqa Həyat Sığorta” ASC Sığorta sahəsində təcrübə toplamaq istəyən və universiteti yeni bitirmiş şəxslər üçün Sığorta və Təkrarsığorta şöbəsi Əməliyyat bölməsinin Əməliyyatçı vəzifəsinə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil.
- Dil bilikləri:Azərbaycan dili (əla), rus və ingilis dili arzuolunandır.
- Microsoft Office proqramları ilə mükəmməl səviyyədə işləmə bacarığı.
- Stressə davamlılıq, operativlik, inkişafa meyillilik.
- Şəxsi keyfiyyətlər və bacarıqlar: Yazılı və şifahi kommunikasiya, komandada işləmək bacarığı, intizamlılıq, dəqiqlik, məsuliyyət.
Əsas vəzifə öhdəlikləri:
- Daxil olan müraciətlərə əsasən sığorta şəhadətnamələrini hazırlamaq;
- Sığorta şəhadətnamələrini proqram təminatına daxil etmək;
- Sığorta şəhadətnaməsinin hazırlanması üçün müştəri barəsində lazımi məlumat və sənədləri əldə etmək;
- Bütün müştərilər tərəfindən ərizə-anket formasının doldurulmasını təmin etmək;
- Sığorta qaydaları və sığorta şəhadətnaməsinin şərtləri ilə bağlı müştərini məlumatlandırmaq;
- Bağlanmış sığorta şəhadətnamələrini müştərilərdən təhvil almaq, qeydiyyatını aparmaq və arxivləşdirmək.
Əmək şəraitinin şərtləri:
- İş vaxtı: 5 günlük iş həftəsi saat 09:00-dan 18:00-dək, cümə günü saat 17:00-dək.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlara uyğun verilir.
- Tibbi sığorta təminatı.
- Əmək Haqqı (Gross 400 Azn)
Zəhmət olmasa, “mövzu” bölməsində “Əməliyyatçı” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət alacaq.
Satış üzrə Mütəxəssis
Son tarix 08 fev 2026 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali.
- Müştərilərlə rahat ünsiyyət qurmaq və inandırmaq bacarığı.
- İş təcrübəsi: Sığorta sektorunda biznesin inkişafı və satış sahəsində təcrübə arzuolunandır.
- Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili biliyi arzuolunandır.
- MS Office proqramlarında sərbəst şəkildə işləmə bacarığı.
- Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları.
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək.
- Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması.
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək, sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək.
- Satış planının yerinə yetirilməsi və hesabatların təqdim olunması.
Əmək şəraitinin şərtləri:
- Azərbaycan Respublikasının Əmək məcəlləsinə əsasən sənədləşmə.
- Əmək haqqı: Namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
- İş vaxtı: 09:00-dan 18:00-dək olmaqla 5 günlük iş həftəsi. (Cümə günü 17:00-dək).
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ. Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı:
- Tibbi sığorta təminatı.
- Sığorta sahəsində qabaqcıl təcrübə qazanmaq imkanı.
Müraciət qaydası:
Zəhmət olmasa, mövzu bölməsində “Mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.










