Meqa Həyat Sığorta
Sığorta və Təkrarsığorta Əməliyyat- Əməliyyatçı
Son tarix 03 yan 2026 - [email protected]
“Meqa Həyat Sığorta” ASC Sığorta sahəsində təcrübə toplamaq istəyən və universiteti yeni bitirmiş şəxslər üçün Sığorta və Təkrarsığorta şöbəsi Əməliyyat bölməsinin Əməliyyatçı vəzifəsinə vakansiya elan edir!
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil.
- Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili arzuolunandır.
- Microsoft Office proqramları ilə mükəmməl səviyyədə işləmə bacarığı.
- Stressə davamlılıq, operativlik, inkişafa meyillilik.
- Şəxsi keyfiyyətlər və bacarıqlar: Yazılı və şifahi kommunikasiya, komandada işləmək bacarığı, intizamlılıq, dəqiqlik, məsuliyyət.
Əsas vəzifə öhdəlikləri:
- Daxil olan müraciətlərə əsasən sığorta şəhadətnamələrini hazırlamaq;
- Sığorta şəhadətnamələrini proqram təminatına daxil etmək;
- Sığorta şəhadətnaməsinin hazırlanması üçün müştəri barəsində lazımi məlumat və sənədləri əldə etmək;
- Bütün müştərilər tərəfindən ərizə-anket formasının doldurulmasını təmin etmək;
- Sığorta qaydaları və sığorta şəhadətnaməsinin şərtləri ilə bağlı müştərini məlumatlandırmaq;
- Bağlanmış sığorta şəhadətnamələrini müştərilərdən təhvil almaq, qeydiyyatını aparmaq və arxivləşdirmək.
Əmək şəraitinin şərtləri:
- İş vaxtı: 5 günlük iş həftəsi saat 09:00-dan 18:00-dək, cümə günü saat 17:00-dək.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlara uyğun verilir.
- Tibbi sığorta təminatı.
Zəhmət olmasa, “mövzu” bölməsində “Əməliyyatçı” qeyd etməklə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət alacaq.











