Meqa Həyat Sığorta
Mütəxəssis
Son tarix 07 avq 2025 - [email protected]
“Meqa Həyat Sığorta” ASC Fərdi müştərilərlə iş şöbəsinə yeni komanda üzvlərini dəvət edir.
Namizədə olan tələblər:
- Təhsil: Ali.
- Müştərilərlə rahat ünsiyyət qurmaq və inandırmaq bacarığı.
- İş təcrübəsi: Sığorta sektorunda biznesin inkişafı və satış sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili biliyi arzuolunandır.
- MS Office proqramlarında sərbəst şəkildə işləmə bacarığı.
- Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları.
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək.
- Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması.
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək, sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək.
- Satış planının yerinə yetirilməsi və hesabatların təqdim olunması.
Əmək şəraitinin şərtləri:
- Azərbaycan Respublikasının Əmək məcəlləsinə əsasən sənədləşmə.
- Əmək haqqı: Namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
- İş vaxtı: 09:00-dan 18:00-dək olmaqla 5 günlük iş həftəsi. (Cümə günü 17:00-dək).
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ. Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı:
- Tibbi sığorta təminatı.
- Sığorta sahəsində qabaqcıl təcrübə qazanmaq imkanı.
Müraciət qaydası:
- Zəhmət olmasa, mövzu bölməsində “Mütəxəssis” qeyd etməklə CV-nizi (foto şəkil ilə) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.